SİYASƏT


İtaliyanın italianinsider.it saytında Ermənistan ordusunun növbəti təxribatı ilə bağlı məqalə dərc olunub

Bakı, 10 iyul, AZƏRTAC

Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Füzuli Məmmədovun İtaliyanın italianinsider.it saytında Ermənistanın işğalçılıq siyasətini sərt tənqid edən “Beynəlxalq təşkilatlar körpələrin ölümünə səssiz qalmamalıdır” adlı məqaləsi dərc edilib.

Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məqalədə qeyd edilir ki, bu gün dünya birliyinin diqqəti Suriyaya yönəldiyindən digər münaqişə ocaqları pərdə arxasında qalır. Belə münaqişələrdən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranıb.

“25 il davam edən hərbi təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib, 1 milyon insan məcburi köçkünə çevrilib. 1994-cü ildə atəşkəs əldə olunsa da, Ermənistan silahlı qüvvələri mütəmadi olaraq, Azərbaycanın mülki vətəndaşlarına hücum edir. Atəşkəs zamanı 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. 2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi növbəti təxribat nəticəsində həlak olan 2 yaşlı Zəhra da erməni terrorunun növbəti qurbanıdır” -, deyə məqalədə vurğulanır.

Məqalənin sonunda bildirilir: “Əgər beynəlxalq təşkilatlar, Avropa dövlətləri bu məsələyə biganə qalacaqlarsa, təhlükə davam edəcək. Bölgə təhdid altında olacaq, nəticədə körpələr qətlə yetirilməkdə davam edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.