CƏMİYYƏT


İyulun 4-də Azərbaycanda COVID-19 əleyhinə 41 doza vaksin vurulub

Bakı, 4 iyul, AZƏRTAC

İyulun 4-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 41 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 1, ikinci doza vaksin vurulmayıb, üç və daha çox doza vaksinlərin sayı 40, pozitiv nəticədən sonra “buster” doza vaksinlər vurulmayıb.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 772 min 531, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 356 min 989, ikinci mərhələ üzrə 4 milyon 854 min 386, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 311 min 443, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 249 min 713-dür.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.