CƏMİYYƏT
İyunun 19-da Azərbaycanda COVID-19 əleyhinə 1 min 265 doza vaksin vurulub
Bakı, 19 iyun, AZƏRTAC
İyunun 19-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1 min 265 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 198, ikinci doza vaksinlərin sayı - 148, üç və daha çox doza vaksinlərin sayı – 802, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 117-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 753 min 387, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 352 min 263, ikinci mərhələ üzrə 4 milyon 852 min 231, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 300 min 756, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 248 min 137-dir.