İDMAN
JAK ROQQ: OLİMPİADANIN TƏHLÜKƏSİZLİYİNƏ ÇƏKİLƏN XƏRCLƏR ƏSASLIDIR
J.Roqq Oyunların bütün iştirakçılarını onların təhlükəsizliyinin təmin olunması üçün Yunanıstan hökumətinin irəli sürdüyü tələblərə ciddi əməl etməyə çağırmışdır.
Yunanıstan hökuməti isə bundan ehtiyatlanır ki, Afinaya silahla gəlməyə icazə verilmiş xarici nümayəndə heyətlərinin mühafizə xidmətləri yad ölkədə hər hansı bir şəxs tərəfindən potensial təhlükəli hərəkətlərə qeyri-adekvat reaksiya verə bilərlər. Silahlı mühafizə xidmətlərinin ölkəyə gəlməsinə ilk vaxtlar qəti şəkildə razı olmayan yunanlar, nəticədə, öz nümayəndə heyətlərinin həyatı sarıdan narahatlıq keçirən ölkələrin təzyiqi qarşısında geri çəkilmişlər. Məsələn, ABŞ Olimpiadaya xüsusi təyinatlı bölmələrin 200 nəfər silahlı əməkdaşını göndərmişdir. Amerikanın xüsusi antiterror dəstələri NATO-nun təhlükəsizlik qüvvələrinin tərkibində daim döyüş hazırlığı vəziyyətində olacaqlar.