REGİONLAR


Jerom Lamber: Artıq Qarabağ münaqişəsi başa çatıb, indi yeni perspektivlər üzərində düşünmək lazımdır

Gəncə, 23 iyul, Rauf Hacıyev, AZƏRTAC

Biz görürük ki, Qarabağ münaqişəsində sivil insanların yaşadıqları ərazilər hədəfə alınıb. Bu, müharibə cinayəti kimi qiymətləndirilir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ermənistanın Gəncədə törətdiyi müharibə cinayətləri ilə yaxından tanış olan Fransa Milli Assambleyasının nümayəndə heyətinin üzvü Jerom Lamber jurnalistlərə açıqlamasında bildirib.

“Buraya atılan raketin yerinə nəzər saldıqda görürük ki, həqiqətən, bilərəkdən və məqsədli şəkildə atılmış raket zərbəsidir. Ola bilər ki, raket öz hədəfindən 200-300 metr kənara düşsün, amma burda - şəhərin mərkəzində heç bir hərbi baza və əsgər yoxdur. Buna görə də raketin əraziyə atılması ağır cinayət kimi qiymətləndirilir. Bunun nəticəsində sivil insanlar öz həyatını itirib. Bu da qəbuledilməzdir. Artıq Qarabağ münaqişəsi başa çatıb, indi yeni perspektivlər üzərində düşünmək lazımdır. Bununla belə, bu cür hadisələri unutmaq lazım deyil. Çünki gələcəkdə belə hadisələrin qarşısının alınması üçün bunlar daim xatırlanmalı və unudulmamalıdır”, – deyə Jerom Lamber qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.