SİYASƏT
KİYEVDƏ “AZƏRBAYCAN-UKRAYNA: STRATEJİ TƏRƏFDAŞLIĞIN PERSPEKTİVLƏRİ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLƏCƏKDİR
Aprelin 15-də Taras Şevçenko adına Kiyev Milli Universitetinin (KMU) Beynəlxalq Münasibətlər İnstitutunda “Azərbaycan-Ukrayna: strateji tərəfdaşlığın perspektivləri” mövzusunda elmi–praktik konfrans keçiriləcəkdir.
Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Dəyanət Abdullayev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, tədbirin təşkilatçıları Azərbaycanın Ukraynadakı səfirliyi, Ukrayna Milli Elmlər Akademiyası, Ukrayna Prezidenti yanında Dövlət İdarəetmə Akademiyası, KMU-nun Beynəlxalq Münasibətlər İnstitutu, Ukrayna Təhlükəsizlik Xidməti Akademiyası və Kiyev Şəhər Şurasıdır.
Konfransda Azərbaycan Prezidentinin siyasi fəaliyyətindən, beynəlxalq əlaqələrin inkişafındakı rolundan, Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının perspektivlərindən və digər məsələlərdən söhbət gedəcəkdir.