İQTİSADİYYAT


KOBİA Səudiyyə İnkişaf Fondu ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Bakı, 13 fevral, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Səudiyyə İnkişaf Fondu arasında əməkdaşlıq imkanları müzakirə olunub.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, agentlikdə ölkəmizdə səfərdə olan Səudiyyə İnkişaf Fondunun nümayəndələri ilə görüş keçirilib. Görüşdə Azərbaycanda yerli və xarici investorlar üçün yaradılmış əlverişli biznes mühiti və sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri diqqətə çatdırılıb. Eyni zamanda, hər iki ölkənin müvafiq qurumları arasında KOB sahəsində təcrübə mübadiləsinə, KOB subyektlərinin əlverişli maliyyə resurslarına və xarici bazarlara çıxış imkanının genişləndirilməsi sahəsində birgə layihələrə, eləcə də qarşılıqlı maraq kəsb edən digər sahələr üzrə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.