DÜNYA
KÖLNDƏ PARTLAYIŞ NƏTICƏSINDƏ 17 NƏFƏR AĞIR YARALANMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almaniyanın Köln şəhərinin əsasən türklərin yığcam şəkildə məskunlaşdığı məhəllələrdən birində baş vermiş partlayış nəticəsində 17 nəfər ağır xəsarət almışdır. Yaralananların hamısı xəstəxanalara yerləşdirilmişdir. Dörd yaralının vəziyyəti son dərəcədə ağırdır.
Hadisə böyük yaşayış binasının alt mərtəbəsində türk iş adamlarına məxsus ofis və məişət xidməti obyektlərinin girəcəyində törədilmişdir. Partlayışı törədənlərin şəxsiyyəti və cinayətin səbəbləri hələlik müəyyən edilməmişdir.
Təhlükəsizlik orqanlarının ilkin məlumatlarına görə, üstünə bomba bərkidilmiş velosiped binanın girəcəyində saxlanmışdır. Cinayətkarlar partlayıcı qurğunu işə salaraq hadisə yerindən uzaqlaşmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]