DÜNYA


Kabildə törədilən partlayışların məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb

Bakı, 6 sentyabr, AZƏRTAC

Sentyabrın 5-də Əfqanıstanın paytaxtı Kabildə baş verən iki partlayışın məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, partlayış nəticəsində azı 25 nəfər həlak olub, daha 95 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Partlayışlardan biri şəhərin qərbində yerləşən idman klubunda yarış vaxtı törədilib. İlkin məlumata görə, kluba bombanı terrorçu-kamikadze gətirib. İkinci partlayıcı qurğu isə ilk partlayışın baş verdiyi yerə yaxın avtomobildə quraşdırılıb.

Sonuncu hücumun hədəfinin idman klubunda baş verən insidenti işıqlandırmağa gələn jurnalistlər olduğu ehtimal edilir. Sonradan “Tolo News” telekanalı hadisə nəticəsində iki əməkdaşının – 28 yaşlı jurnalistin və 23 yaşlı operatorun həlak olduğu barədə məlumat yayıb.

Agentliyin məlumatına görə, yaralıların bir çoxu, o cümlədən 7 polis əməkdaşı ağır vəziyyətdədir. Ölənlər arasında, həmçinin 6 idmançının da olduğu bildirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.