DÜNYA
Kaliforniya tarixində ən böyük meşə yanğını nəzarət altına alınıb
Bakı, 13 yanvar, AZƏRTAC
Yanvarın 12-də Kaliforniyada bir aydan çox davam edən təbiət yanğınlarını nəzarət altına almaq mümkün olub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yanğınlar 282 min akr (114 min hektar) ərazini əhatə edib. Hazırda yanğının səbəbləri araşdırılır.
Xatırladaq ki, ötən il dekabrın 4-dən Kaliforniyanın Ventura dairəsində başlayan meşə yanğınları quru hava şəraiti və güclü külək səbəbindən sürətlə yayılıb. Ştat ərazisində ümumilikdə 6 yanğın ocağı qeydə alınıb. Onlardan ən irisinə “Tomas” adı verilib.
Kaliforniya tarixində bu ən böyük meşə yanğını Ventura və Santa-Barbara dairələrində azı iki nəfərin ölümü, mindən çox evin və tikilinin yanması ilə nəticələnib. Təhlükəli ərazilərdən on minə yaxın yerli sakin təxliyə edilib. Alovla mübarizəyə mindən çox yanğınsöndürən cəlb olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]