SİYASƏT


Kaliforniyanın vitse-qubernatoru Los-Ancelesdə azərbaycanlılara qarşı törədilən vəhşilikləri pisləyib

Bakı, 29 iyul, AZƏRTAC

Kaliforniya vitse-qubernatoru Eleni Kunalakis iyulun 21-də ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun qarşısında erməni daşnakları tərəfindən dinc azərbaycanlılara qarşı həyata keçirilən vəhşilikləri pisləyən bəyanatla çıxış edib.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan məlumat verilib.

E.Kunalakis açıqlamada Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu qarşısında keçirilən nümayişin zorakılığa çevrilməsi və insanların yaralanması ilə nəticələnməsindən məyus olduğunu bildirib. O, hər kəsin öz fikrini ifadə etmək azadlığına malik olduğunu, ancaq başqalarına qarşı zorakılığın yolverilməzliyini vurğulayıb.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev sözügedən hadisə zamanı Azərbaycan icmasının üzvlərinə qarşı törədilmiş vəhşilikləri pislədiyi üçün E.Kunalakisə təşəkkürünü bildirib. Baş konsul qeyd edib ki, bu cür vəhşiliklərə nə Kaliforniyada, nə də digər yerlərdə yol vermək olmaz.

Qeyd edək ki, erməni daşnaklarının Los-Ancelesdəki bu zorakılığından sonra baş konsul N.Ağayev bir sıra yerli rəsmiləri hadisə barədə dərhal məlumatlandıraraq, onları bu zorakılığı pisləməyə çağırmışdı.

2019-cu ilin yanvarından Kaliforniya vitse-qubernatoru kimi çalışan E.Kunalakis ştatda bu vəzifəyə seçilən ilk qadındır. O, həmçinin 2010-2013-cü illərdə ABŞ-ın Macarıstanda səfiri vəzifəsində çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.