ELM VƏ TƏHSİL


Kamal Abdulla: Multikultural əhvali-ruhiyyənin ölkəmizdə hakim olması dövlətimizin başçısının apardığı siyasətin nəticəsidir

Bakı, 23 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyev ölkəmizdə multikulturalizmin həm dövlət səviyyəsində, həm də cəmiyyətdə mövcudluğu anlayışının müəllifidir. Dövlətimizin başçısı müəllifi olduğu bu əsərin adını çəkməyə bilməzdi. Biz bunu BMT-nin tribunasından onun dilindən eşitdik. Bu, fəxredici bir məqamdır.

AZƏRTAC xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin multikulturalizm dəyərinə bu cür yüksək qiymət verməsi müvafiq istiqamətdə görülən işlərə, bu sahəni tədris edən müəllimlərin fəaliyyətinə, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarının xidmətinə göstərilən diqqətdir. Kamal Abdulla deyib: “Multikultural əhvali-ruhiyyənin ölkəmizdə hakim olması Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Eyni zamanda, bu məqam Azərbaycanın həqiqətən də multikulturalizmin vətəni olmasına dair önəmli bir mesajdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.