Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Kamal Abdullayev: 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi “Multikulturalizm İli”nin məntiqi davamıdır VİDEO

Bakı, 13 yanvar, AZƏRTAC

Yanvarın 13-də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Multikulturalizm İli”nin yekunları və 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunması ilə bağlı mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, Kamal Abdullayev “Multikulturalizm İli” çərçivəsində görülən işlərdən, həyata keçirilən layihələrdən danışdı. Dövlət müşaviri qeyd etdi ki, ən böyük layihə bütün Azərbaycan cəmiyyətinin, dövlət qurumlarının bir istiqamətdə, bir ahəngdə “Multikulturalizm İli”ni uğurla başa vurmasıdır. Bütün xalqın bu prosesdə yaxından iştirak etməsi bizim ən böyük layihəmiz oldu. Prezidentin təsdiq etdiyi Tədbirlər Planında qeyd olunan bütün dövlət qurumları, cəmiyyətimizin bütün təbəqələri faktiki olaraq əllərindən gələni etdilər ki, Azərbaycan dünya səviyyəsində son dərəcə yüksək, alicənab mövqedə özünü göstərə bilsin.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi fikirlərə istinad edən Dövlət müşaviri bildirdi ki, dünyada gedən proseslərə, bir çox kataklizmlərə, müxtəlif ölkələrdə baş verən fəlakətlərə baxmayaraq, Azərbaycan bütün bunlardan həm iqtisadi müstəvidə, həm mədəni-mənəvi müstəvidə ləyaqətlə keçə və öz varlığını, möhtəşəm tarixini bir daha ortaya qoya bilib. “Bunun üçün bizə cənab Prezidentin qarşımıza qoyduğu dəqiq hədəflər kömək etdi. O hədəflərə doğru irəlilədikcə xüsusən də xarici ölkələrdə heç bir çətinlik çəkmədən Azərbaycan həqiqətləri, multikulturalizmi ilə, o cümlədən tarixən Azərbaycanda başqa konfessiyalara, başqa millətlərə olan münasibətlə bağlı son dərəcə münbit əhvali-ruhiyyə ilə qarşılaşırdıq. Bunun da səbəbi odur ki, Azərbaycan Prezidenti dünyanın ictimai-siyasi proseslərində öz titanik fəaliyyəti ilə bunun əsasını qoyub. Eyni zamanda, qeyd etmək lazımdır ki, bizim xarici həmkarlarımızla danışıqlarımızın müsbət nəticəsini Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın gördüyü işlər də son dərəcə asanlaşdırırdı”, - deyə K.Abdullayev əlavə edib.

Azərbaycan multikulturalizminin, həmçinin dünya mədəniyyətinə, bəşəri dəyərlərə də münasibətini həyata keçirməklə öz missiyasını yerinə yetirdiyini qeyd edən Dövlət müşaviri deyib: “2016-cı il başa çatdı. “Multikulturalizm İli” təqvim ili olaraq əbədiyyətə qovuşdu. Yeni illər, yeni əsrlər gələcək, lakin Azərbaycan xalqının canındakı, qanındakı multikultural əhval, başqasına mərhəmət, şəfqət, başqasına acımaq, özünə rəva bildiyini başqasına rəva bilmək hissləri onun əbədi dəyərlər silsiləsinə daxil olan bir həyat tərzi kimi bütün dünyanın yenə də diqqət mərkəzində olacaq. Azərbaycanda multikulturalizmin təntənəsi bizə bunu deməyə hər cür əsas verir”.

Kamal Abdullayev bildirib ki, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsini “Multikulturalizm İli”nin məntiqi davamı hesab etmək olar. Prezident İlham Əliyev bütün siyasi addımlarını son dərəcə sistemli və bir-birini tamamlayan məqamlarda irəli sürür. İslam həmrəyliyi Azərbaycandakı multikultural mühitin özlüyündə təbii bir davamıdır. “İslam həmrəyliyi deyəndə biz Prezident İlham Əliyevin bu ideyaya daxil etdiyi son dərəcə həssas və dərin mətləbləri nəzərə almalıyıq. İslam həmrəyliyi ancaq İslam aləmi daxilində olan həmrəyliyi nəzərdə tutmur, bu, həmçinin İslam aləmi ilə digər konfessiyalar arasında həmrəyliyin də harmoniyası deməkdir. Dövlətimizin başçısının Azərbaycanı bu il bu ideyaların, idealların mərkəzində duran, onları həyata keçirən bir ölkə kimi təsəvvür etməsi və o hədəflərə doğru cəmiyyəti, qurumları, sadə azərbaycanlıları dəvət etməsi ölkə daxilində də, beynəlxalq aləmdə də son dərəcə əhəmiyyətli, dünyamız üçün son dərəcə vacib siyasi, ideoloji, mənəvi addımdır”, - deyə Dövlət müşaviri əlavə edib.

“İslam Həmrəyliyi İli” ilə bağlı 2017-ci ildə həyata keçiriləcək tədbirlərdən danışan K.Abdullayev bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə hazırlanan Tədbirlər Planına əsasən il ərzində müxtəlif konfranslar, seminarlar, “dəyirmi masa”lar keçiriləcək, kitablar nəşr olunacaq, məqalələr yazılacaq. “Ötən il konfranslar, “dəyirmi masa”lar, seminarlar, müsabiqələr keçirildi, festivallar, tamaşalar, sərgilər reallaşdırıldı, yeni qurumlar yaradıldı - bütün bu istiqamətlər yəqin ki, 2017-ci ilin payına da düşəcək. Azərbaycandakı müxtəlif dinlərin xadimləri ilə xarici ölkələrdəki din xadimlərinin, ictimaiyyət və dövlət nümayəndələrinin görüşləri bir tərəfdən Azərbaycanda olan multikultural əhvali-ruhiyyənin işıqlandırılmasına zəmin yaratdı, digər tərəfdən bizə imkan verdi ki, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə bir daha çatdıraq. Güman edirəm ki, “İslam Həmrəyliyi İli” də dediyim siyasi-metodoloji addımların məntiqli və son dərəcə vacib davamı kimi özünü göstərəcək”, - deyə Dövlət müşaviri diqqətə çatdırıb.

Kamal Abdullayev vurğulayıb ki, “Multikulturalizm İli”nin təbii davamı kimi 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması çox böyük siyasi uzaqgörənliklə irəli sürülən ideyadır. Bu, həm Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunları ilə, həm də İslam dünyasında baş verən proseslərə nizam gətirmək istəyi ilə bağlıdır.

“Müxtəlif dinlərə məxsus insanların bir-birinə belə mehriban münasibətini görəndə bəzən Avropadan gələn xaricilər təəccüblənirlər. Onlar bizə tez-tez sual verirlər: “Necə olur sizdə belə bir əhvali-ruhiyyə mövcuddur, hadisələr bu cür inkişaf edir, bu durum yaranır?” Biz də öz növbəmizdə təəccüblənirik: “Başqa cür necə ola bilər ki?” Məhz “Multikulturalizm İli” Azərbaycanın bu dəyərlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayıb”, - deyə o əlavə edib. Dövlət müşaviri qeyd edib ki, Azərbaycan xalqının canında, qanında olan multikultural əhvali-ruhiyyəni təqvim ili ilə məhdudlaşdırmaq mümkün deyil. Xalqın canında olan multikultural enerji digər illərə də keçəcək. “Multikulturalizm İli”ndə həyata keçirilən bütün tədbirlər bir daha göstərdi ki, Azərbaycan xalqı, cəmiyyəti bütövlükdə bu multikultural əhvalın dünyaya bəyan edilməsinə hazırdır. Bu il ərzində xüsusi olaraq həyata keçirilən layihələrdən biri də Azərbaycan multikulturalizminin bir çox xarici ölkələrin universitetlərində tədris edilməsidir. Bu, gələn il də davam etdiriləcək. 2015-ci ilin yaz semestrindən 2016-cı ilin payız semestrinədək 15 xarici ölkənin universitetlərində bu fənn tədris olunub. Hazırda İtaliyanın La Sapienza, Polşanın Vroslav, Rusiyanın Ural Federal, Türkiyənin Erciyes, Portuqaliyanın Lusofona universitetlərində tədris aparılır. Azərbaycanın 38 dövlət və özəl universitetində, xüsusi təyinatlı ali məktəblərdə “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənləri tədris olunur. Üç universitetdə Azərbaycan multikulturalizmi kafedrası, Qafqaz Universitetində isə Azərbaycan multikulturalizmi Elm-Tədris Mərkəzi, habelə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri də fəaliyyət göstərir.

“III Beynəlxalq multikulturalizm yay məktəbində iştirak edən Litva Pedaqoji Universitetinin magistrantı Salomeya Lukaite və Yunanıstan Amerikan Kollecinin tələbəsi Dimitrios Asproulisin öz təşəbbüsləri ilə yaratdıqları “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin indiyədək ölkəmizdə təşkil olunmuş beynəlxalq multikulturalizm məktəblərinin xarici tələbələri, eləcə də xarici ölkə universitetlərində Azərbaycan multikulturalizmi fənninin tədris olunduğu fakültələrin dinləyiciləri daxil olmaqla 20-dan çox ölkədən 100-dən çox üzvü var. “Azərbaycanın Gənc Dostları” Beynəlxalq Klubunun yeni fəaliyyətə başlayan internet saytı (www.youngfriends.az) da beynəlxalq gənclər auditoriyasının diqqətini cəlb etməkdədir.

Kamal Abdullayev: 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi “Multikulturalizm İli”nin məntiqi davamıdır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır

İsmail Serageldin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Dövlət Komitəsi daha bir beynəlxalq mükafata layiq görülüb

İsmail Serageldinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı konsert təqdim olunub

Nərimanov rayonunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər

Talassemiya daşıyıcı olan ana öz övladını südlə qidalandıra bilər

Azərbaycanda yaradılan investisiya mühiti Slovakiya şirkətlərinin ölkəmizdə fəaliyyətini stimullaşdırır - ŞƏRH

Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Ümummilli Liderin respublikaya rəhbərliyi dövründə ekoloji problemlər həmişə diqqət mərkəzində olub

BMT II Dünya müharibəsində həlak olanların xatirəsinin anılması və barışıq günləri keçirir

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Bu ilin ilk rübündə İstanbulda terror təşkilatlarına qarşı 576 əməliyyat keçirilib, 300 nəfər həbs olunub

Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

“TikTok” ABŞ hökumətini məhkəməyə verib

İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək

Bolqarıstan Prezidenti Rumen Radev Bakıda şəhidlərin xatirəsini anıb

Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırılıb

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

Sahib Məmmədov: Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb

Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanda hidrometeoroloji xəbərdarlıqlar əhaliyə rəng şkalası ilə təqdim olunacaq

Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb

Monitorinq stansiyaları olmayan ərazilərdə hava keyfiyyətinin qiymətləndirilməsində Səyyar Laboratoriyadan istifadə edilir

Tallində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Bolqarıstan şirkəti Azərbaycanda mühərrik və sənaye yağlarının təkrar emalını həyata keçirəcək

Tələbələr arasında bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

Duzdan çox istifadə mədə xərçəngi riskini 40 faiz artırır-Tədqiqat

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

Güclü küləklər və digər təhlükəli hidrometeoroloji hadisələr barədə xəbərdarlıqlar rəng şkalasına uyğun tərtib ediləcək

Nazir müavini: Naxçıvanda cari ilin üç ayında nağdsız ödənişlər 2 dəfədən çox artıb

“Heydər Əliyev Əlyazmalar İnstitutunun qurucusudur” mövzusunda elmi sessiya keçirilib

Bolqarıstan Prezidenti Rumen Radev Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Elnur Məmmədli: Avropa çempionatındakı tarixi uğur hələ başlanğıcdır

Tərkibi insan sağlamlığı üçün zərərli olan saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıblar VİDEO

ETSN-nin mətbuat katibi: Ölkəmizdə hidrometeoroloji şəbəkənin 50 faizi modernləşdirilib VİDEO

“Hər yanı gülşən Azərbaycan!” adlı III Regional xor müsabiqəsinin final mərhələsi keçirilib

“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib

ÜST: 150 ölkədə tütündən istifadə azalır

İyirmi beş minə yaxın şagird Azərbaycan dili imtahanı verəcək

Milli Kitabxanada elmi konfrans - Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB -3 VİDEO

Tanınmış hakim Çempionlar Liqasının oyunundan sonra ağlayıb

Aqrar Sığorta Fondunun sədri Ağdamda vətəndaşlarla görüşəcək

Koreyada Ümummilli Lider Heydər Əliyevin siyasi irsi barədə mühazirə təşkil edilib

Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü alqışlayır

Gəncə şəhərində oftalmologiya sahəsində XIII Regional konfrans keçiriləcək

Səttar Möhbalıyev: Müxtəlif sahələrdə işləyənlər üçün layiqli iş yerlərinin yaradılmasına çalışırıq

30 ildən sonra nəşi tapılan şəhid Ayaz Ağayev İsmayıllıda torpağa tapşırılıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə ilk - “ASAN Login” vasitəsilə qeydiyyat aparılacaq

Goranboyda fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb

Mayın 9-nun havası: Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcəyi gözlənilir

Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların birinci sinfə qəbulu üçün müsahibələr davam edir

Azərbaycan İtaliyada keçirilən “Macfrut” sərgisində iştirak edir VİDEO

Yazıçılar Birliyində “Heydər Əliyev və multikulturalizm” mövzusunda dəyirmi masa keçirilib

Qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya daimi mənzillər verilib VİDEO

Ali qonağın şərəfinə VİDEO

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə musiqili tədbir keçirilib VİDEO

Dövlətlərarası münasibətlərdə şəxsiyyətin rolu

Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib

Mərkəzi Bankda sığorta sektorunun inkişaf perspektivləri müzakirə olunub

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub

Quş qripi xəstəliyi ilə bağlı bəzi ölkələrə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb

SOCAR-ın birinci rübdə ixrac etdiyi neftin həcmi açıqlanıb

Zəmanəmizin ən görkəmli siyasi xadimi

DSMF: Dörd ayda müavinətlər üzrə 356 milyon, Prezident təqaüdləri üzrə 228 milyon manat ödənilib

Nazir müavini: Bolqarıstan şirkətləri Azərbaycanın əsasən qeyri-neft sektoruna sərmayə yatırıblar

AHİK ötən ilin ən yaxşı müəssisələrini mükafatlandırıb

BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur

Slovakiyanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi digər Aİ üzvlərinə də nümunə olmalıdır ŞƏRH

Azərbaycan arxeoloqları Serbiyada məhkəmə arxeologiyası üzrə təlimlərdə iştirak ediblər

Bu ilin birinci rübündə SOCAR-ın qazma işlərinin həcmi azalıb

Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib

Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir

Ombudsman beynəlxalq qurumları Azərbaycanın mina probleminin həllinə dəstək göstərməyə çağırıb

Xaqani bağı yaxınlığındakı bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

® “Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib