RƏSMİ SƏNƏDLƏR
Kamerun Respublikasının Prezidenti Pol Biyadan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Azərbaycanın milli bayramı – Respublika Gününün yaratdığı xoş fürsətdən istifadə edərək Sizə səmimi təbriklərimi çatdırıram.
Sizə möhkəm cansağlığı, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin.
Hörmətlə,
Pol Biya
Kamerun Respublikasının Prezidenti