CƏMİYYƏT


Kamran Əliyev: İlin birinci yarısında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi vətəndaşların 3874 müraciətinə baxıb

Bakı, 25 iyul, AZƏRTAC

Cari ilin birinci yarısında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 3874 müraciətinə baxılıb. Həmçinin 126 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 82-si (65 faizi) üzrə cinayət işi başlanılıb, 44 material (35 faiz) üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 28 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 25-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2018-ci ilin birinci yarısında korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında məlumat verilib.

Baş prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, ilin birinci yarımilində ötən il “Qaynar xətt” əlaqə mərkəzinə 1970 müraciət daxil olub. Həmin müraciətlərin 16-sı üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə cinayət işləri başlanılıb. Ötən illə müqayisədə “Qaynar xətt” əlaqə mərkəzinə müraciətlərin sayında azalma müşahidə edilib ki, bu da “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyəti və əhatə dairəsinin genişləndirilməsi ilə bağlı olub.

Hesabat dövründə Baş İdarədə 250 vətəndaşın qəbulu həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.