İDMAN


Karyakin Karlsondan heyfini almaq istəyir

Bakı, 10 yanvar, AZƏRTAC 

2016-cı ildə dünya şahmat tacı uğrunda mübarizədə norveçli Maqnus Karlsenə uduzan rusiyalı şahmatçı Sergey Karyakin məğlubiyyətinin əvəzini çıxmaq niyyətindədir. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, o, bunu Yekaterinburqda eyni vaxtda oyun seansından sonra jurnalistlərə bildirib.

S.Karyakin deyib: “Heç şübhəsiz, mən Karlsendən bunun əvəzini çıxmaq istərdim. Bunun üçün əlimdən gələni edəcəyəm. Hələ ötən il şahmat tacı uğrunda mübarizədə yenidən seçmə mərhələsindən çıxmağa çalışdım, lakin şansım azacıq gətirmədi. Əslində, seçmə mərhələsi çox ağır və gərgin keçdi. Əgər bu mərhələdən keçə bilsəm, bunun özünü müvəffəqiyyət adlandırmaq olar. Lakin ideal variant budur: mən yenidən mübarizə aparmaq və qalib gəlmək istəyirəm”.

Xatırladaq ki, 2016-cı ildə M.Karlsen S.Karyakini tay-breykdə 3:1 (ümumi hesab 9:7) hesabı ilə məğlubiyyətə uğradaraq dünya çempionu adını qoruyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.