CƏMİYYƏT


Kasıb ölkələr COVAX proqramı üzrə 1 milyard doza COVID-19 vaksini alıb

Bakı, 16 yanvar, AZƏRTAC

COVAX proqramı fəaliyyət göstərdiyi müddətdə kasıb ölkələr üzrə 1 milyard doza COVID-19 vaksini göndərib, lakin bu sahədə hələ görüləsi çox iş var.

AZƏRTAC xəbər verir ki, bu barədə “Associated Press” agentliyi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatına istinadla məlumat yayıb. COVAX proqramı üzrə vaksinlərin 144 ölkəyə daxil olduğu bildirilir.

ÜST-nin məlumatına görə, təşkilatın 194 üzv ölkəsindən 36-sı əhalinin 10 faizdən azını, 88 ölkəsi isə 40 faizdən az hissəsini peyvəndləyə bilib. ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus dekabrın sonlarında dünya ölkələrini 2022-ci ilin iyulunadək sakinlərin 70 faizini vaksinasiya etməyə çağırmışdı.

Amerikanın Con Hopkins Universitetinin informasiyasına əsasən, dünya üzrə COVID-19-a qarşı tətbiq edilən vaksin dozalarının miqdarı 9 milyard 615 milyonu ötüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.