İQTİSADİYYAT


Keçən ay ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb

Bakı, 25 sentyabr, AZƏRTAC

Avqustda Azərbaycana idxal olunan avtomobillərin sayı 5386 ədəd, dəyəri isə 58 milyon 530 min ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 7-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 5027-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 345-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 7-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.