MƏDƏNİYYƏT
Kəmalə Mirzəyeva: İnsan qəhrəman doğulmasa da qəhrəman kimi ölməyi bacarmalıdır

Bakı, 26 noyabr, AZƏRTAC
İndiyədək biz müharibə sözünü eşidəndə içimizdə elə bir kədər, qüssə baş qaldırırdı ki, sanki uçuruma yumalanırdıq. Təqdim etdiyimiz filmdə elə bir sevinc, fəxarət və qürur hissi duyulur ki, illər öncə biz bunu göstərə bilmirdik.
Bu sözləri rejissor Kəmalə Mirzəyeva Milli Qəhrəman Niyazi Aslanova həsr etdiyi “Mən sizinləyəm” filmin premyerası zamanı AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, film Milli Qəhrəman Niyazi Aslanova həsr olunub və onun döyüş yolunu, həyatını çox geniş şəkildə tamaşaçılara təqdim edir.
K.Mirzəyeva filmin bugünkü gənclik üçün bir nümunə olacağını deyib: “İnsan qəhrəman doğulmasa da qəhrəman kimi ölməyi bacarmalıdır. Çoxlarına bu əbədi yolçuluq qismət olmur, amma hər kəs şücaət göstərməyə can atmalıdır. Bircə ona sevinirik ki, az da olsa onların xatirəsini əbədiləşdirərək gələcək nəsillərə çatdıra bilirik”.