REGİONLAR


Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həftə ərzində 960 fermerə təlim keçirilib

Bakı, 18 mart, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Elm və təhsil şöbəsinin hazırladığı tədbirlər planına uyğun olaraq, bu həftə ərzində Azərbaycanın bölgələrində fermerlərə kənd təsərrüfatı fəaliyyətinin müxtəlif sahələrinə dair 61 təlim keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Təhsil və təlim şöbəsi 6, Baş Dövlət Texniki Nəzarət Xidməti 20, Aqrar Elm və İnnovasiya Mərkəzi 22, “Aqrolizinq” ASC 6, Azərbaycan Dövlət Aqrar Universiteti 1, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti 1, Dövlət Baytarlıq Xidməti 5 təlim keçib. Təlimlərə, ümumilikdə, 962 iştirakçı cəlb olunub. Təlimlər Bakı şəhərini və 40 rayonu əhatə edib. Tədbirlər planına uyğun olaraq, fermerlərə kənd təsərrüfatının müxtəlif sahələrinə dair mövsümi işlərlə bağlı təqdimatlar keçirilib, informasiya-məsləhət xidməti təşkil olunub.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərə il boyu ən müxtəlif sahələr üzrə təlimlər keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.