İDMAN


“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində növbəti tədbir Tovuzda keçirilib

Bakı, 12 sentyabr, AZƏRTAC

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində növbəti tədbir Tovuz rayonunda keçirilib. Tədbir AFFA və Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, layihə Prezident İlham Əliyevin 2019-cu il dekabrın 29-da Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi məqsədilə reallaşdırılır.

Rayonun cəbhə bölgəsində yerləşən Əlibəyli, Ağdam, Vahidli, Dondar Quşçu, Bayramlı və Əsrik kəndlərində futbola marağın artırılması məqsədilə 50 məktəbliyə idman geyimləri və futbol topları verilib.

Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, deputatlar Qənirə Paşayeva, Arzu Nağıyev, Tamam Cəfərova, Sabir Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.