DÜNYA


Kiyevdə daha iki nəfər qripdən ölüb

Kiyev, 14 yanvar, AZƏRTAC

Son bir həftədə Kiyevdə iki nəfər qripdən ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat verib.

Yanvarın əvvəlindən Ukrayna paytaxtında üç nəfər qripdən dünyasını dəyişib. Ötən həftə Kiyevdə 13-dən çox insan qrip və kəskin respirator virus infeksiyasına yoluxub.

Ümumiyyətlə, 2018-ci ilin epidemioloji mövsümündən – oktyabrdan etibarən Ukraynada qrip və kəskin respirator virus infeksiyasından 16 nəfər dünyasını dəyişib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.