CƏMİYYƏT
Kliniki Tibbi Mərkəzdə əməkhaqqı 3 il əvvəl ilə müqayisədə bir neçə dəfə artıb
Bakı, 5 dekabr, AZƏRTAC
Kliniki Tibbi Mərkəzdə (KTM) həkimlərin əməkhaqqı 2019-cu illə müqayisədə 10 dəfəyə yaxın artıb. Belə ki, əvvəllər həkimlərin əməkhaqqı 375 manat idisə, hazırda həmin məbləğ 2 min 26 manatdır.
AZƏRTAC xəbər verir ki, bunu KTM-in direktoru Könül Ələkbərov jurnalistlər üçün təşkil edilən mediatur iştirakçılarına deyib.
“Üç il əvvəl Kliniki Tibbi Mərkəzdə tibb bacılarının əməkhaqqı 258 manat idi. Hazırda həmin şəxslərin aylıq məvacibi 596 manat təşkil edir. Həmçinin bu illər ərzində kiçik tibb heyəti işçilərinin aylıq əməkhaqqı 209 manatdan 488 manata yüksəlib”, - deyə K.Ələkbərov bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]