İQTİSADİYYAT


Kolumbiya, Peru və Çilinin səfirləri ilə xarici startapların Azərbaycana cəlb olunması müzakirə edilib

Bakı, 22 avqust, AZƏRTAC

Avqustun 22-də Kolumbiyanın Azərbaycandakı səfiri Luis Antonio Dimate Kardenas, Perunun Azərbaycandakı səfiri Mariya Milaqros Kastanyon Seoane və Çilinin Azərbaycandakı işlər vəkili Qabriel Xara İnnovasiya Agentliyinin fəaliyyəti ilə tanış olub.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, qonaqlar Azərbaycadakı innovativ inkişaf, ekosistem, agentliyin fəaliyyəti, beynəlxalq əlaqələri, həyata keçirdiyi layihələrlə maraqlı olduqlarını diqqətə çatdırıblar.

İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli qonaqlara Azərbaycanın iqtisadi inkişaf tarixi, agentliyin fəaliyyəti, regionlarda aparılan iş, eləcə də uğurlu startaplar və layihələr haqqında ətrflı məlumat verib.

Görüş zamanı qarşılıqlı əməkdaşlıq imkanları, xarici startapların, layihələrin və investorların Azərbaycana cəlb olunması, onlar üçün yaradılan imkanlar və prosedurlar barədə müzakirələr aparılıb.

Səfir qonaqlar öz ölkələrindəki innovasiya ekosistemi, xarici ölkələrin bu istiqamətdəki təcrübələri, uğurlu və uğursuz nümunələr barədə fikirlərini bölüşüblər və İnnovasiya Agentliyi ilə əməkdaşlığa açıq olduqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.