Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Komitə sədri: Yeni qanun layihəsinin tətbiqi ətraf mühitin mühafizəsinə müsbət təsir göstərəcək

Komitə sədri: Yeni qanun layihəsinin tətbiqi ətraf mühitin mühafizəsinə müsbət təsir göstərəcək

Bakı, 7 iyun, AZƏRTAC

Azərbaycan Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib. Yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə həmin dövlət proqramının tədbirlər planının ayrıca – 7.3.7.1-ci bəndində nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması nəzərdə tutulub.

Nəqliyyat vasitələri ilə bağlı tənzimləmə, o cümlədən onların utilizasiyası mürəkkəb bir prosesdir və bir çox dövlət qurumlarının səlahiyyətlərinə toxunur. Bunu nəzərə alaraq, layihə kifayət qədər təfsilatlı və aidiyyəti 14 dövlət qurumu ilə koordinasiyalı şəkildə və razılaşdırılmaqla ərsəyə gətirilib.

Beynəlxalq təcrübə göstərir ki, mexaniki avtonəqliyyat vasitələrinin utilizasiya proqramlarının dövlət tərəfindən dəstəklənməsinin əsas səbəblərindən biri köhnə avtomobillərin atmosferə atdığı zərərli maddələr və onların fəsadları ilə əlaqədardır. Xüsusilə böyük şəhərlərdə müşahidə olunan hava keyfiyyətinin aşağı düşməsi insan sağlamlığına mənfi təsir göstərir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, erkən ölümlərin, tənəffüs yolu və ürək-damar xəstəliklərinin, ağciyər xərçəngi, allergiya və s. xəstəliklərin yaranma səbəblərindən biri də atmosfer havasının çirklənməsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Komitə sədrinin sözlərinə görə, nəqliyyat sektorunun hava çirklənməsinə töhfəsi ölkələr üzrə 25-70 faiz arası dəyişir. Bu hissəciklər çox kiçik olduğundan insan orqanizminin tənəffüs sisteminə daxil olaraq ağciyər və bronxial xəstəliklərin yaranmasına səbəb olur. Xəstəliklər əlavə səhiyyə məsrəflərinə səbəb olur ki, bunun da qarşısını almaq üçün inkişaf etmiş ölkələrdə nəqliyyat vasitələri tərəfindən atmosferə atılan tullantılara qarşı ciddi tədbirlər görülür.

“Hazırda ölkəmizdə nəqliyyat sektoru havaya atılan tullantıların əksəriyyətini təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi, texniki vəziyyəti, istifadə etdiyi yanacaq növü və onun keyfiyyəti, mühərrik həcmi və s. amillər atılan tullantıların həcminə və tərkibinə birbaşa təsir göstərir. Avropa İttifaqı ölkələrində 1992-ci ildən başlayaraq mərhələlərlə Avro standartlarından istifadə olunur. Standartın hər mərhələsində zərərli maddələrin miqdarı daha ciddi şəkildə normallaşdırılır. Azərbaycanda 2014-cü ildən avtonəqliyyat vasitələrinin istehsalına və idxalına Avro-4 standartı tətbiq olunur. Lakin bu qərar qəbul olunanadək ölkəyə gətirilmiş köhnə maşınlar hələ də istismardadır.

Yeni Avro standartların tələbinə əsasən, nəqliyyat vasitələrinin istehsalı zamanı dəm qazı üçün norma 0,5-1 qram/km olmağına baxmayaraq, köhnə maşınlarda bu tullantılar qat-qat artıq olur. Eləcə də karbohidrogen, azot oksidləri və bərk hissəciklərlə bağlı da vəziyyət eynidir. Bu da onu göstərir ki, köhnə nəqliyyat vasitələri daha çox tullantı yaranmasına səbəb olur.

İqlimə təsirlər nöqteyi-nəzərindən də köhnə avtomobillərin havaya daha çox karbon qazı atdığını nəzərə alaraq, belə avtomobillərin yenisi ilə əvəz olunması ətraf mühitin mühafizəsi baxımından çox vacibdir. Belə ki, köhnə minik avtomobili atmosferə hər kilometr üçün 300-350 qram karbon qazı atırsa, yeni və ya Avro-4 standartı ilə çalışan minik avtomobili 110-150 qram karbon qazı atır. Beləliklə, 3000 ədəd köhnə minik avtomobilinin yenisi ilə əvəz edilməsindən əldə edilən karbon azalması təxminən 6000 ton təşkil edir”, - deyə S.Qurbanov diqqətə çatdırıb.

Komitə sədrinin sözlərinə görə, köhnə nəqliyyat vasitələrindən başqa, istismar müddətini başa vurmuş və ya yol-nəqliyyat hadisələri nəticəsində yararsız hala düşmüş nəqliyyat vasitələri uzun müddət ətraf mühitdə qalaraq mənfi təsir göstərir. Nəqliyyat vasitələrinin utilizasiyası xüsusi icazə və peşəkarlıq tələb edən fəaliyyət sahəsidir. Yararsız nəqliyyat vasitələrinin qanunsuz “utilizasiyası” onun tərkibindəki təhlükəli tullantıların ətraf mühitə yayılmasına səbəb olur. Bu fəaliyyətin qanunvericilik çərçivəsində tənzimlənməməsi kölgə biznesinin və qanunsuz “ölüxanaların” yaranmasına səbəb olur.

S.Qurbanov diqqətə çatdırıb ki, “İstehsalat və məişət tullantıları haqqında” Qanuna dəyişikliklərlə bağlı qanun layihəsinin hazırlanması zamanı xarici ölkələrin müsbət təcrübələrinə də müraciət olunub. Bu baxımdan, layihə bütövlükdə həm ekoloji, həm yol hərəkətinin təhlükəsizlik səviyyəsi nöqteyi-nəzərindən, həm də stimullaşdırıcı tədbirlər baxımından çox müsbət xarakterə malikdir. Qanuna dəyişikliklərlə köhnəlmiş və yararsız vəziyyətə düşmüş nəqliyyat vasitələrinin ətraf mühitə zərərli təsirləri zamanla aradan qaldırılacaq. Həmçinin bir sıra təsir mexanizmləri vasitəsilə nəqliyyat parkının yenilənməsinə rəvac veriləcək. Bu sahədə fəaliyyət göstərən qeyri-rəsmi sahibkarlığın və bazarın şəffaflaşması baş verəcək, “yaşıl iqtisadiyyat”ın inkişafına müsbət təsirlər meydana gələcək. Belə ki, layihənin tətbiqi sayəsində tullantıların utilizasiyası sahəsində müvafiq ekoloji tələblərə cavab verən və rəsmi qeydiyyatda olan sahibkarlıq subyektlərinin meydana gəlməsinə şərait yaranacaq ki, bu da öz növbəsində həm ətraf mühitin mühafizəsinə müsbət təsir göstərəcək, həm də qeyri-rəsmi və heç bir ekoloji normativlərə cavab verməyən subyektlərin fəaliyyətinin zəruri tələblər çərçivəsində rəsmiləşməsinə təkan verəcək.

Layihə yol hərəkətinin təhlükəsizliyi nöqteyi-nəzərindən də müsbət nəticələrə səbəb olacağını qeyd edən komitə sədri deyib: “Bu gün biz yollarda bir çox köhnəlmiş nəqliyyat vasitələrinin nasazlıq səbəbindən yol hərəkətinə çətinliklər yaratdığının şahidi oluruq. Bu layihənin tətbiqi isə imkan verəcək ki, bu cür nəqliyyat vasitələri yol hərəkətindən zamanla kənarlaşsın. O cümlədən bu proseslərin gedişində yararsız və ətraf mühitə zərər vuran nəqliyyat vasitələrini utilizasiya üçün təhvil verən vətəndaşlar müəyyən stimullaşdırıcı vasitələrdən yararlana biləcəklər. Onlar yararsız nəqliyyat vasitələrini utilizasiyaya verməklə öz istəklərindən asılı olaraq, yerli istehsal nəqliyyat vasitəsinin əldə edilməsi üçün güzəşt, yaxud birdəfəlik ödəniş hüququ qazanırlar. Bu da vətəndaşlarımızı bu layihənin həyata keçirilməsində iştiraka təşviq edəcək.

Qeyd edək ki, güzəştin xüsusilə yerli istehsal olan yeni nəqliyyat vasitələri ilə əlaqələndirilməsi yerli istehsalın da inkişafına təkan verə bilər. Bundan əlavə, layihənin digər bir müsbət xüsusiyyəti də vətəndaşların proseslərdə iştirakında onların sosial öhdəliklərinə təsir etməsi və bu yolla onları ətraf mühitin qorunmasına təşviq etməsidir. Belə ki, köhnəlmiş nəqliyyat vasitələrinin idxalı və istifadəsi bu layihənin tətbiqi sayəsində nisbətən xərcli olacaq. Nəqliyyat vasitəsinin yaşı artdıqca bu xərclər də yüksələcək. Bu da zamanla vətəndaşlarımızı daha çox yeni istehsal olan və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadə etməyə təşviq edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Tayvanda fabrikdə baş verən yanğında ölənlərin sayı 9 nəfərə çatıb

“Real” cari çempionatda ilk məğlubiyyətini alıb

Polşa XİN rəhbəri Almaniya Kanslerini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib

Makron: Fransa bu ilin sonunadək Nigerdən qoşunlarını çıxaracaq

Füzulidə ər həyat yoldaşını qətlə yetirib

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi komanda hesabında dünya çempionu olub

Fransa Nigerdəki səfirini və diplomatlarını geri çağırır

Ukrayna ordusunun “Taurus”dan istifadə etmək üçün təlimi təxminən üç ay çəkəcək

Azərbaycan para-atleti dünya çempionatında qızıl medal qazanıb

Almaniya Ukraynaya pilotsuz uçan aparatlar tədarük edəcəyini açıqlayıb

Xankəndi şəhərinin Azərbaycan enerji sisteminə qoşulması təmin edilib

Zaur Nağıyev: Ölkəmizdə yelkən idman növünün inkişafına xüsusi diqqət yetirilir

Kolumbiya ordusu Karib dənizində 1 tondan çox kokain müsadirə edib

Niger Fransa təyyarələri üçün hava məkanını bağlayıb

Qızıl medal mükafatçısı: Bu duyğunu yaşamağı hər bir idmançıya arzulayıram

Bakıda yelkən üzrə ənənəvi Federasiya Kuboku yarışları keçirilib

Türkiyəli həkim: Texnologiyanın inkişafı, biliklərin artması xərçəng xəstələrinin müalicəsində müsbət nəticələr verir

Polşa Ukrayna taxılını Afrika və Asiyaya tranzit etməyə hazır olduğunu açıqlayıb

Rusiyada məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb, 20-dən çox yaralı var

Qarabağ bölgəsində silah-sursatın müsadirəsi davam edir VİDEO

“Kür” Avropa Kubokunda mübarizəni dayandırıb - YENİLƏNİB

Rusiyada baş verən yol qəzasında 3 nəfər ölüb, 17 nəfər xəsarət alıb

İran ilə Rusiya arasında Rəşt-Astara dəmir yolu xəttinin tamamlanmasına sərmayə yatırılması üçün müqavilə imzalanacaq

Çində mədəndə baş verən yanğında 16 nəfər ölüb

Yəmənin cənub-qərbində baş verən partlayışda 4 əsgər həlak olub

Bürünc medalçı: Turnir ölkəmizdə keçirildiyi üçün qalib olmaq istəyirdim

Zelim Kotsoyev “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb

DİN-in əməkdaşı: Bakı Atıcılıq Mərkəzində təşkilatçılıq yüksək səviyyədə idi

TƏBİB: Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub VİDEO

Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib VİDEO

Deputat Qənirə Paşayevanın müalicəsi ilə bağlı bütün zəruri tədbirlər görülür

Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hospitalı ziyarət edib VİDEO

Papa Fransisk Ukraynaya silah yardımının dayandırılmasından məyusluğunu ifadə edib

Anım Günü ərəfəsində Qəbələdə şəhid ailələri ziyarət olunur

Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq

BMT: Fransa müstəmləkələri müstəmləkəçiliyə son qoymağı tələb edirlər

Dövlət qurumlarının əməkdaşları arasında atıcılıq üzrə yarışın qalibləri müəyyənləşib

Ulu Öndər Heydər Əliyev üçün səhiyyənin və tibb elminin inkişafı daim prioritet idi

Xocavəndin Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edilib VİDEO

Azərbaycan Qafqazda sülhün və inkişafın təminatçısıdır

Kaledoniyalılar arzularını reallaşdırmaq üçün müstəqillik tərəfdarını senator seçdilər

DİN: Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən çıxışı təmin ediləcək

İtaliya Senatında Corcio Napolitano üçün cənazə otağı açılıb

Siciliya adasında meşə yanğınları iki nəfərin ölümünə səbəb olub

Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Sabah Bakıda və bölgələrdə yağış yağacaq

FHN-nin xilasediciləri deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib VİDEO

Azərbaycan Aşıqlar Birliyinin katibi Bolnisinin fəxri vətəndaşı adına layiq görülüb

İcma Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışını tənqid edib

Ümummilli Liderin xatirəsinə həsr olunan Böyük Dəbilqə turniri davam edir

Peru mətbuatında Qarabağ regionunda aparılan antiterror tədbirlərindən bəhs edilib

Azərbaycan parataekvondoçusu dünya çempionu olub

ABŞ-ın Atlanta şəhərində baş verən atışmada 3 nəfər ölüb

Türkiyənin İzmir şəhəri “Teknofest”ə hazırlaşır

Kəlbəcərdə qanunsuz fəaliyyət göstərən şirkətin ərazisində silah-sursat aşkar edilib VİDEO

Qərbi Azərbaycan İcması “Human Rights Watch” təşkilatının hesabatına sərt münasibət bildirib

Gürcüstanda zəlzələ qeydə alınıb

Günəbaxan sahələrində məhsuldarlıq artıb

Sentyabrın 24-ü Beynəlxalq Lal-Karlar Günüdür

Deputat: Azərbaycan Cənubi Qafqaz regionunda təhlükəsizlik arxitekturasını gücləndirir

Şəkidə tütünçülük sahəsində iki mindən çox sakinin məşğulluğu təmin olunub

Almaniya Polşa və Çexiya ilə sərhədlərə nəzarəti gücləndirir

Rus Dram Teatrında “Albalı bağı” tamaşasının premyerası olacaq

ABŞ prezidentliyinə namizəd: Ukraynanın NATO-ya daxil olması Vaşinqtonun maraqlarına cavab vermir

Livan sahillərində batan gəmidən 27 miqrant xilas edilib

BƏƏ İrandan körfəzdəki adalarının işğalına son qoymağı tələb edib

Roma Papası: Ukraynadakı müharibə həm də silah istehsalçılarına lazımdır

BMT-nin 78-ci sessiyasında söz və fikir azadlığı barədə səslənən fikirlər

İtaliya Avropada sığınacaq üçün ən çox müraciət edilən dördüncü ölkədir

ECO-ya üzv ölkələrin turizm nəzirlərinin Ərdəbildə görüşü keçiriləcək

Azərbaycanın və İranın XİN başçıları bölgədə son vəziyyəti müzakirə ediblər

Antonio Quterreş Qarabağdakı erməni silahlı birləşmələrinin tərk-silah prosesi barədə məlumatlandırılıb

Praqada Ermənistanın mina terroruna həsr olunmuş sərgi-aksiya təşkil edilib

Fransa vətəndaşları polis zorakılığına etiraz edirlər

Cəmil Quliyev: Həyatda ən çətin anlarımda Şahmar Ələkbərova müraciət etmişəm

Rusiya XİN-in başçısı: Sülhməramlılar Qarabağ erməniləri ilə Azərbaycan rəsmiləri arasında təmaslara kömək edirlər

Xalq artisti Şahmar Ələkbərovun xatirəsi anılıb

Sergey Lavrov: Azərbaycan ilə Ermənistan arasında etimadın möhkəmləndirilməsinin vaxtı gəlib çatıb

Dünya çempionatı: Erməniyə qalib gələrək finala çıxan Azərbaycan güləşçisi Olimpiadaya lisenziya qazanıb

Ağdərədə erməni sakinlər kütləvi şəkildə evləri yandırır VİDEO

Azərbaycan ilə Əlcəzair arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi vacibdir

Birləşmiş Krallığın dövlət naziri antiterror tədbirlərinin məqsəd və nəticələri barədə ətraflı məlumatlandırılıb

Nazir: Münaqişə zamanı itkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının taleyi məlum deyil VİDEO

DİN: Qarabağda yaşayan erməniəsilli sakinlərin vətəndaşlıq məsələlərinə baxılması işi diqqətdə saxlanılır

Elşad Hacıyev: Qarabağda mülki əhaliyə qarşı xoşagəlməz halların baş verməməsi üçün bütün tədbirlər görülür

Anar Eyvazov: Qarabağda yaşayan azərbaycanlı və erməni sakinlərin təhlükəsizliyinə zəmanət veririk

XİN: Azərbaycan Ermənistanla əsl dialoqa və danışıqlara hazır olduğunu bir daha təsdiqləyir

BBC radiosunda Azərbaycanın antiterror tədbirlərindən sonra humanitar vəziyyətin yaxşılaşdırılması üçün atdığı addımlardan danışılıb

Ceyhun Bayramov: Otuzillik hərbi işğala baxmayaraq, Azərbaycan normallaşma gündəliyi təşəbbüsü ilə çıxış edib VİDEO

Nazir: Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu daha da genişlənib

Nazir: Azərbaycan çoxtərəfli sistemin fəallaşmasının və islahatların aparılmasının tərəfdarıdır

XİN: Azərbaycan beynəlxalq həmrəyliyi və çoxtərəfliliyi təşviq etmək üçün səylərini əsirgəmir

Ceyhun Bayramov: Azərbaycan hökuməti qlobal təşəbbüslər vasitəsilə mədəniyyətlərarası və dinlərarası dialoqu ardıcıl surətdə təşviq edir

DİN: Qarabağın tam dekriminallaşması işi davam edir

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri ilə görüşüb

Riçardas Lapaytis: Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq

Anar Eyvazov: Azərbaycan Ordusu hazırda silahların və döyüş sursatlarının qəbul edilməsi prosesini aparır

Müdafiə Nazirliyi Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursatın siyahısını açıqlayıb VİDEO

Anar Eyvazov: Azərbaycan Ordusu antiterror tədbirləri zamanı dəqiq silahlarla yalnız legitim hərbi hədəfləri zərərsizləşdirib

Xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər VİDEO  YENİLƏNİB