MƏDƏNİYYƏT


“Kon-Tiki” filmi “YARAT”da ilk dəfə nümayiş edilib

Bakı, 10 yanvar, AZƏRTAC

“YARAT” Müasir İncəsənət Mərkəzində Norveç istehsalı olan “Kon-Tiki” filmi nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, ssenari müəllifləri Petter Skavlan və Allan Skott olan ekran əsərində rollarda tanınmış aktyorlar Paul Sverre Valheim Hagen, Anders Baasmo Kristiansen, Tobias Zantelman, Gustaf Skarsgard və Odd Magnus Villiamson çıxış edib.

"Kon-Tiki" – real hadisələrə əsaslanan tarixi bir macəra filmidir. Film, məşhur Norveç səyyahı Tur Heyerdala həsr olunub. Onun ekspedisiyası tarixdə əsl şücaət kimi yadda qalıb. 1947-ci ildə Sakit okean suları üzərində edilən bu səfər ona dünya şöhrətini gətirdi.

Film ideyanın yaranması, səfər ərəfəsində hazırlıq işləri və səyahət zamanı baş verən hadisələrdən bəhs edir.

Film ingilis dilində rus subtitrləri ilə nümayiş olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.