SİYASƏT


Konstantin Kosaçov: Ermənistan üçtərəfli sazişə görə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu göstərməlidir

Moskva, 10 noyabr, AZƏRTAC

Dağlıq Qarabağda münaqişə zonasında Rusiyanın sülhməramlı missiyası o zaman səmərəli olacaq ki, Ermənistan da Azərbaycan kimi öz üzərinə düşən vəzifəni yerinə yetirməyə hazırlığını nümayiş etdirsin.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə RF Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Konstantin Kosaçov bəyan edib.

K.Kosaçov deyib: “Azərbaycan dayanmağa və rusiyalı sülhməramlıların xidmətindən istifadə etməyə razılıq verib. Ermənistan, hər halda Ermənistanın birinci şəxsləri, buna razılıq veriblər. Bu günə olan vəziyyətə görə, biz hələ əmin olmalıyıq ki, bu razılıq heç olmasa nisbi ictimai razılıqla, ictimai konsensusla müşayiət olunur. Ermənistan üçtərəfli sazişə görə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu göstərməlidir. Yalnız o zaman rusiyalı sülhməramlıların regionda mövcudluğu səmərəli nəticə verər”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.