REGİONLAR
Könüllülər arasında boulinq yarışı keçirilib
Sumqayıt, 11 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda gənc könüllülər arasında boulinq üzrə yarış təşkil edilib. Bu məqsədlə Şəhər Gənclər və İdman Baş İdarəsi Sumqayıtda müxtəlif sahələri təmsil edən gəncləri - boulinq həvəskarlarını bir araya gətirib.
AZƏRTAC xəbər verir ki, yarışda ümumilikdə 6 komanda və hər komandadan 5 nəfər olmaqla, 30 gənc qalib adı uğrunda mübarizə aparıb. Gərgin keçən yarışın yekun nəticəsinə əsasən, I yerə Sumqayıt şəhər 1 nömrəli Peşə liseyinin “Zirvə 1”, II yerə Sumqayıt şəhər 10 nömrəli Peşə liseyinin “Peşəkarlar”, III yerə isə Sumqayıt Gənclər Klubunun “Zirvə” adlı komandaları layiq görülüb.
Qalib komandalar Baş İdarənin kubok, medal, fəxri fərman və hədiyyələri ilə təltif edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:09]
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]
“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb
- 26.04.2024 [14:35]