SİYASƏT
Kosta Rikanın Azərbaycanda səfirliyi açılıb
Bakı, 29 noyabr, AZƏRTAC
Noyabrın 29-da Kosta Rikanın Azərbaycandakı səfirliyinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz və Azərbaycanın xarici işlər nazirinin müavini Nadir Hüseynov, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Jurnalistlərə müsahibə verən Manuel Qonzalez Sanz Kosta Rikanın Bakıda səfirliyinin açılmasının ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm rol oynayacağını bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir ölkəsinin problemin sülh yolu ilə ədalətli həllini dəstəklədiyini söyləyib. O əlavə edib ki, dünyadakı bütün münaqişələr sülh yolu ilə həll olunmalıdır.