DÜNYA


Kraliça II Elizabetin yubiley tədbirlərinə Şahzadə Uilyam və Keyt Middlton rəhbərlik edəcək

London, 10 may, AZƏRTAC

Böyük Britaniya Kraliçası II Elizabetin platin yubileyinə görə keçiriləcək tədbirlərə nəvəsi Şahzadə Uilyam və həyat yoldaşı Keyt Middlton rəhbərlik edəcək.

AZƏRTAC xəbər verir ki, 96 yaşlı Kraliça II Elizabetin 70 illik yubileyini qeyd etmək üçün təşkil edilən tədbirlərə hazırlıq sürətlə davam edir.

Lakin Kraliça hərəkət etməkdə çətinlik çəkdiyi üçün hər yay təşkil edilən bağ şənliklərində də onu Şahzadə Uilyam və həyat yoldaşı Keyt Middlton əvəzləyəcək.

Bukingem sarayından verilən açıqlamada bildirilib ki, həftəsonu kral ailəsinin üzvləri platin yubileyi qeyd etmək üçün Birləşmiş Krallığa tabe olan bölgələrə səfər edəcəklər.

Kral ailəsinin üzvləri ictimai tədbirlərdə iştirak edəcəklər. Yubiley üçün əsas tədbirlər iyunun 2-də başlayacaq. Şahzadə Harri və Meqan Markl da yubiley mərasimi üçün Böyük Britaniyaya səfər edəcəklər.

Qeyd edək ki, Sasseks hersoqu Şahzadə Harri və həyat yoldaşı Meqan Markl 2020-ci ildə Britaniya kral ailəsindəki rəsmi vəzifələrini tərk ediblər.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.