DÜNYA
Külək və yağış Roma küçələrində nəqliyyatın hərəkətini iflic edib VİDEO
Bakı, 22 oktyabr, AZƏRTAC
İtaliyanın paytaxtı Romaya yağan güclü leysan yağışları səbəbindən oktyabrın 22-də şəhərdə nəqliyyatın hərəkəti qismən dayanıb, həmçinin bəzi metro stansiyaları bağlanıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Romanın şərq və qərb hissələri - Prati Fiskali, Tisiano, Nomentana, Tiburtina və Tirreno küçələri və bulvarları su altında qalıb. Şəhərin cənubunda güclü külək ağacları aşırıb.
Suyun səviyyəsinin qalxması səbəbindən İtaliya paytaxtının bəzi rayonlarında nəqliyyatın hərəkəti dayanıb. Bundan başqa, Roma metropoliteninin bəzi stansiyalarını su basıb, 6 stansiya bağlanıb.
İtaliyanın Mülki Müdafiə Departamenti oktyabrın 23-də külək və qasırğanın daha da güclənəcəyini bildirib.
Təbii fəlakət nəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]