REGİONLAR
Kür çayında 16 yaşlı yeniyetmə boğulub VİDEO
Kürdəmir, 22 iyun, AZƏRTAC
Kür çayında faciəli hadisə baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faciəli hadisə iyunun 22-də olub. Belə ki, İmişli rayonunun Telişli kənd sakini 2004-cü il təvəllüdlü Yusifov Aqil Şahverdi oğlu Kür çayının Kürdəmirin Mollakənd kəndi ərazisindən keçən hissəsində həmyaşıdları ilə birlikdə çimərkən qəflətən halı pisləşib. Yaxındakılar onu sudan çıxarmağa cəhd göstərsələr də xilas edə bilməyiblər. Aqil Yusifov çayda boğulub. Hadisə yerinə Kürdəmir və İmişli rayon polis şöbələrinin əməkdaşları və FHN-in Mingəçevir Aran dalğıc axtarış qrupunun əməkdaşları cəlb olunub. Hazırda Aqil Yusifovun cəsədinin tapılması istiqamətində tədbirlər davam etdirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:09]
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]
“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb
- 26.04.2024 [14:35]