CƏMİYYƏT
Kürdəmirdə mikroavtobusun yük maşınına çırpılması nəticəsində ölən və xəsarət alanlar var
Bakı, 15 sentyabr, AZƏRTAC
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində Laçın rayon sakini Bünyad Əliyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobus qarşıda hərəkət edən Tərtər rayon sakini Mobil Abbasovun idarə etdiyi “KamAZ” markalı avtomobilin qoşqusuna çırpılıb.
Nəticədə B.Əliyevin avtomobilində olan sərnişinlərdən Gəncə şəhər sakini Amaliya Mansurova hadisə yerində ölüb. Sürücü və digər 8 sərnişin isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.