REGİONLAR
Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib VİDEO
Kürdəmir, 20 iyul, AZƏRTAC
Kürdəmirdə ağır yol qəzası baş verib, bir nəfər ölüb, bir nəfər ağır yaralanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün axşamüstü rayonun Ərəbqubalı kəndi ərazisində qeydə alınıb. Belə ki, VAZ-2106 markalı avtomobilin sürücüsü, Ərəbqubalı kənd sakini 63 yaşlı Əlhəsən Mehdiqulu oğlu Həsənov kənd yolunda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb. Hadisə zamanı 68 yaşlı sərnişin, Ərəbqubalı kənd sakini Nəsir Qurban oğlu Nəsirov hadisə yerində ölüb. Sürücü isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]