REGİONLAR


Kürdəmirdə yarım ildə 876 baş cins buzov alınıb

Kürdəmir, 10 iyul, AZƏRTAC

Kürdəmir rayonunda heyvandarlar son illər mal-qaranın cins tərkibinin yaxşılaşdırılaraq daha məhsuldar heyvanlarla əvəz edilməsində çox maraqlıdırlar və bunun üçün süni mayalandırmaya üstünlük verirlər.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, cari ilin birinci yarısında 1126 baş inək və düyə süni yolla mayalandırılıb. Bu da ötən ilin müvafiq dövründəkindən çoxdur. Ötən altı ayda 876 baş cinsi yaxşılaşdırılmış buzov əldə edilib.

Qeyd edək ki, hazırda rayonda 5-i əsas, 1-i isə yardımçı olmaqla 6 süni mayalandırma məntəqəsi fəaliyyət göstərir və bu məntəqələrdə peşəkar baytarlar çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.