REGİONLAR


Laçın rayonunda heyvandarlıq yenidən inkişaf etdiriləcək

Ağcabədi, 16 fevral, AZƏRTAC

Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlərin əsas məşğuliyyəti heyvandarlıqdır.

Laçın rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2021-ci ilin yanvarın 1-i tarixinə rayonun əhali və fermer təsərrüfatlarında 32 min 516 baş iribuynuzlu heyvan, 121 min 570 baş qoyun-keçi olub. 2020-ci ildə təsərrüfatlarda 19 min 365 sentner ət, 151 min 798 sentner süd, 3184 min ədəd yumurta, 2276 sentner yun istehsal edilib.

Ağcabədi rayonunun Taxtakörpü ərazisi laçınlıların dədə-babadan qışlaq yeri olub. Hər il yaylaq mövsümü başa çatanda sürülər-naxırlar Laçından bu yerlərə gətirilirdi. Lakin 28 ildir ki, laçınlı köçkünlər mal-qaranı Taxtakörpü ərazisində saxlamağa məcbur qalmışdılar. Laçının işğaldan azad edilməsi rayonda ənənəvi təsərrüfat sahəsi olan heyvandarlığın yenidən inkişafına səbəb olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.