Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Laçının Məlik Əjdər müəmması

Bakı, 30 may, AZƏRTAC

Laçın rayonunun Cicimli kəndi ərazisində, Məlik Əjdər türbəsi kimi tanınan memarlıq abidəsi öz dizayn və unikal memarlıq quruluşu ilə onu görənlərdə xoş təəssürat yaradır. Kəndin yüksək dağlıq ərazisində yerləşən türbənin, araşdırmalara görə XII–XIII əsrlərdə inşa edildiyi güman edilir. Abidə daim yerli əhali tərəfindən yüksək rəğbət və ehtiramla ziyarət edilib. Belə bir möhtəşəm abidənin kim tərəfindən tikilməsi, binanın nə kimi səbəblərlə bağlılığı barədə daim suallar yaradır. Türbə kimə məxsusdur? Məlik Əjdər kimdir?

AZƏRTAC AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılovun “Laçının Məlik Əjdər müəmması” adlı araşdırma məqaləsini təqdim edir.

Türbənin məlik ifadəsinin olması abidənin Qarabağ məliklərindən birinə aid olması ehtimalını yaradırdı. Araşdırma zamanı, məlum oldu ki, abidənin yarandığı dövrdə yəni, XII əsrdə Qarabağın dağlıq hissəsində ilk yaranan Xaçın Məlikliyi yerli alban hakimləri tərəfindən idarə olunub. Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, XVIII əsrin ortalarında isə Qarabağ xanlığının tərkibində olub. 1813-cü ildə Qarabağ xanlığının tərkibində Rusiyaya ilhaq olunub. Beləliklə, nə Xaçın Məlikliyinin yarandığı dövrdə, nə də ondan sonrakı dövrlərdə Xaçın Məlikliyinin hakimləri arasında Məlik Əjdər adlı şəxs olmayıb.

Abidənin kimə məxsusluğunu öyrənmək üçün onun memarlıq quruluşuna diqqət yetirməyin gərəkliliyi önə çıxdı. Tədqiqat zamanı abidənin müəyyən qədər arxaikliyi onun oxşar digər planlı türbələrdən seçildiyini ortaya qoyduğunu gördük. Azərbaycanın xatirə tikintiləri arasında mənşə etibarilə əlaqə olması memarlıq tarixində təsadüf edilən, daha doğrusu geniş yayılan bir hadisədir. Bu türbənin digər Azərbaycan türbələrindən fərqi onun məhz həcm quruluşunda, həm də daxili və xarici interyerində özünü büruzə verir. Bu fərq abidənin ali rütbəli şəxsə və ya şəxslərə aid olduğunu düşünməyə əsas verir.

Məlik Əjdər türbəsinin yuxarıya doğru əyilib dayanan prizmatik tutumu, parabolik biçimli günbəzi, divarların künclərində çubuğa bənzər incə sütuncuqları ilə həm daxili, həm də xarici interyeri köçəri çadırını xatırladır. Günbəzin parabolasının səthləri arasındakı künclər oyma çıxıntılar ilə işlənib. Abidəyə diqqət yetirdikdə memarlıq səciyyəsində ənənəvi səkkizbucaqlı türbələrdən uzaqlaşaraq, tamamilə fərdi bir memarlıq surətinin yarandığı görünür. Nəticədə abidənin ümumi görünüşü türklər arasında geniş yayılmış yurd tikintiləri (çadırları) quruluşuna uyğunlaşdırılıb. Deməli, türbədə uyuyan şəxs və ya şəxslər milliyyətcə türkdürlər.

Məlik Əjdər türbəsi monumental əsər olmayıb Azərbaycan xalq memarlığının – memarlıq folklorunun dəyərli bir örnəyidir. Bunu onun yığcam plan-məkan həlli, bölünməz tutumu, demək olar bəzəksiz daş kütlələrinin təbii gözəlliyi əks etdirir. Türbənin daha bir maraqlı xüsusiyyəti onun giriş qapısından yuxarı və giriş qapısının sağ və sol tərəflərində yonulmuş daş oymalardır. Bu daş oymaların hər birində öküz təsvirləri var. Son dərəcə ekspressiv vəziyyətdə rəsm edilmiş bu öküz təsvirləri abidənin bədii xüsusiyyətlərini daha da zənginləşdirilir və eyni zamanda, Azərbaycanda heyvan təsvirlərinin ehtimal ediləndən daha geniş yayıldığını göstərir.

Abidənin planı səkkizbucaqlı quruluşda olsa da, xaricdən həndəsi bir həcm kimi deyil, tamamilə başqa bir plastik şəkildə qavranılır. Türbənin divarları şaquli xətlərlə tikilməyib, divarların küncləri əyri xətlə işlənib, silueti yumşaq cizgilərlə çərçivələnib.

Türbənin istər bayır tutumu, istərsə də daxili məkanı bütöv olub, gövdəsi ilə örtüyü arasında keçid zonası demək olar ki, yoxdur. Onları bir-birindən yalnız qalınlığı künc çubuqlarına bərabər olan daş kəmərlər ayırır. İçəridə türbənin iç divar səthi 1,5 metr yüksəkliyəcən vertikal qalxır və sonra əyilmiş qabarıq səthə çevrilir. Döşəmə səthindən 7,5 metr yüksəklikdə divar səthindən bir az irəli çıxmış sadə profilli karnizin üzərində qurulmuş parabolik formalı günbəz interyeri örtür. İç divarın cənub hissəsində, giriş qapısı ilə üz-üzə dayaz kiçik mehrab taxçası var. İç divarlar üzərində müxtəlif təsvirləri olan suvaqla örtülü olub.

Türbənin iç döşəməsi ilə bayır kürsülüyünün səviyyəsi eynidir. Türbənin interyeri günbəzin əsasındakı dörd kiçik pəncərə ilə işıqlanır. Azərbaycanın səkkizbucaqlı türbələrində korpus adətən təmiz prizmatik həcm kimi görünür. Onlardan fərqli olaraq Məlik Əjdər türbəsinin səkkizüzlü korpusu qabarıq kəsik piramida formasındadır. Belə ki, onun bayır həcminin üzləri yuxarıya doğru əyilərək iç karnizlə bir səviyyədə olan sadə karnizlə qapanır. Bu, Azərbaycan memarlığının ən böyük nailiyyətlərindən biridir.

Türbənin inşasında onun həcm planına və dizaynına xüsusi diqqət yetirilməsi, türbənin önəmli bir şəxsə və ya şəxslərə (hakim, komandan və s.) məxsusluğu haqqında fikir söyləməyə əsas yaradır. Amma burada önəmli məsələ türbədəki qəbirdə uyuyan şəxsin kimliyidir. Bu müəmma hələ ki, öz həllini tapa bilmir.

Məlik Əjdər türbəsinin üzərində kitabə olmadığından, onun nə vaxt və kim tərəfindən inşa edildiyini təyin etmək çətindir. Məlik Əjdər türbəsini görmüş İ.Şeblikin bu binanın səlcuqlular dövrünə aid olduğunu qeyd edir. Bu da onun tarixini təxminən XII əsrə yaxud XIII əsrin əvvəllərinə apardığını qeyd edir. Abidənin texniki quruluşu və tarixçinin qeydləri bizim ehtimallarımızı təsdiqləyir. Deməli, abidə XII-XIII əsrlərdə səlcuqlular dövründə tikilib. Lakin 2013-cü il noyabrın 12-də “livejournal.com” saytında dərc edilən bir məqalə bizim qənaətlərimizi alt-üst etdi. Məqalədə Qaraqoyunlu dövlətinin yaradıcısı və hakimi Qara Yusifin Məlik Əjdər türbəsində dəfn edildiyi iddia olunur. https://vahemart.livejournal.com/225997.html

Məqalədə göstərilir: “Əminliklə qeyd edirəm ki, məqbərədəki Qaraqoyunlu dövlətinin başçısı, xalq arasında Məlik Əjdər kimi tanınan Qara Yusifin məzarıdır... Məlik Əjdərin məqbərəsi yonulmuş sarımtıl əhəngdaşı ilə tikilib. Quruluş daxili tərəfdən dairəvi, xaricdən isə səkkizbucaqlıdır. Ön qapı (giriş qapısı) binanın şimal tərəfində yerləşir. Girişin (qapının) sağında ərəb əlifbası ilə “Yusif” yazısı var. Əgər doğurdanda Cicimli türbəsindəki Qara Yusifin qəbiridirsə o zaman bu məlumat Məlik Əjdər türbəsinin XII-XIII əsrlərdə tikilməsi versiyasının üzərindən xətt çəkir. Çünki Qara Yusifin hakimiyyət dövrü XV əsrə təsadüf edir.

Yazıda Qara Yusifin xalq arasında Məlik Əjdər kimi tanınması qeyd edilsə də, lakin Qaraqoyunlu dövlətinin başçısı Qara Yusifin Məlik Əjdər kimi də tanınması barədə tarixi mənbələrdə məlumata rast gəlinmir. Qara Yusif Qaraqoyunlu “türkman” adlanan etnik qrupa mənsub tayfa birliyinin 3-cü başçısı (1389-1420), Qaraqoyunlu tayfasından olan II Sultan (1413-1420) və Qaraqoyunlu dövlətinin yaradıcısı olub.

1410-cu ildə Qara Yusif Təbriz yaxınlığında keçmiş müttəfiqi Sultan Əhmədi məğlub edərək Cəlairi dövlətinə son qoydu və mərkəzi Təbriz şəhəri olan Azərbaycan Qaraqoyunlu dövlətini yaratdı. Qarabağın Qaramanlı tayfaları Qaraqoyunlu tayfa ittifaqına daxil olaraq bu dövlətin siyasi tarixində əhəmiyyətli rol oynadılar. Bu dövlətin tərkibinə Qarabağ, Cənubi Azərbaycan, Şərqi Anadolunun bir hissəsi, Ərəb İraqı və Əcəm İraqı daxil idi. Artıq imperatorluğa çevrilmiş bu dövləti qorumaq üçün ciddi səy və bacarıq tələb olunurdu.

Regionda Qaraqoyunlu dövlətinin ən güclü düşməni Xorasanda qərar tutan Teymuri hökmdarı Şahrux idi. 1419-cu ildə Qara Yusif böyük ticarət əhəmiyyəti olan Sultaniyyə və Qəzvini tutdu. Qaraqoyunluların şərqə irəliləməsi Şahruxu qəti tədbirlərə əl atmağa sövq etdi. O, 1420-ci ilin yayında 200 minlik qoşunla Azərbaycana tərəf hərəkət etdi. Qara Yusif Şahruxu məğlub edəcəyinə əmin idi, lakin o ağır xəstəlik keçirirdi. Xəstə olmasına baxmayaraq Qara Yusif Şahruxla döyüşməyə qərar verdi.

Qaraqoyunlu qoşunu Təbrizin cənub tərəfindəki Ucanın şimal-qərbində yerləşən Saidabad kəndinə gələn zaman Qara Yusifin xəstəliyi daha da ağırlaşmışdı. O, Saidabad kəndində 1420-ci il noyabrın 13-də 65 yaşında vəfat etdi. Beləliklə, Sultan Şahruxla gözlənilən döyüş baş tutmadı.

Bəzi mənbələrə görə Qara Yusifin nəşi oğlu Cahanşah tərəfindən Ərcişə aparılaraq Qara Yusifin atasının yanında dəfn olunduğu bildirilir. Əgər doğurdan da bu belədirsə, o zaman Məlik Əjdər türbəsindəki məzarın kimə məxsusluğu müəmma doğurur. Cahanşah düşmənlərindən ehtiyatlanaraq Qara Yusifin cənazəsini yolüstü Məlik Əjdər adı altında Cicimlidə dəfn edibsə, o zaman abidənin tikilmə tarixi şübhə altına alınır. Bununla da, müxtəlif dövrlərdə yazılmış onlarla tədqiqat əsəri öz əhəmiyyətini itirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Ceyhun Bayramov: Türk birliyini hədəf alan bütün məkrli təhdidlərə qarşı mübarizə aparmaq üçün birlikdə olmaq vacibdir

Qarabağdakı erməni sakinlər üçün ərzaq məhsulları və gigiyenik vasitələr aparan avtomobillər yükü boşaldaraq geri qayıdıb

Dünya mətbuatı Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirləri diqqət mərkəzində saxlamaqda davam edir

Politoloq: Azərbaycan regionda siyasi, iqtisadi və hərbi baxımdan böyük gücə sahibdir

Dünya Bankı ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan DİN: Xankəndi şəhərində qəsdən yanğınlar törədilir

Qarabağ bölgəsində erməni silahlı birləşmələrindən müsadirə edilmiş döyüş texnikası, silah və sursatlar VİDEO

Şeyxülislam: Azərbaycan-İraq əlaqələrində yeni dövr başlayır

Ümumdünya Kosmos Həftəsi çərçivəsində müzakirələr keçiriləcək

® “Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu

Milli Məclisdə Asiya Parlament Assambleyası çərçivəsində əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb

Qida Təhlükəsizliyi Agentliyinin sədri Naxçıvanda vətəndaşları qəbul edib

Gürcüstanda avtomobil yanacağının qiyməti yenidən bahalaşa bilər

Prezident İlham Əliyev xalqa müraciətində Cənubi Qafqazın sülh və inkişaf konsepsiyasını açıqladı - Deputat

ISESCO-nun sabiq Baş direktoru antiterror tədbirlərində qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edib

AQTA Argentinadan məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıq edib

Ermənilərin “böyük Ermənistan” xülyası məğlubiyyətə düçar oldu – AÇIQLAMA

Yaşar Nəcəfov: Mənim üçün gözlənilən bir qələbə oldu

Parlamentdə Rəqabət Məcəlləsinin layihəsi üzrə ictimai dinləmə keçiriləcək

Nikol Paşinyan: Bəzi qüvvələr İrəvanda qan tökmək istəyir

Qurumuş və qəzalı vəziyyətdə olan ağacların götürülməsinə dair müzakirələr aparılıb

ISESCO-nun sabiq Baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tuveycridən

Fransada polis zorakılığına qarşı aksiyada 30 min nəfərin iştirakı gözlənilir

“Taxt Oyunları” formatlı kiberyarışın qalibi “Cyber Yashma” komandası olub

İqtisadiyyat nazirinin müavini Naftalanda vətəndaşlarla görüşüb

Saxta kampaniyalar və passiv gəlir əldə etməklə bağlı mesajlara qarşı diqqətli olun – Xəbərdarlıq

Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramları təqdim olunub

Yaşar Nəcəfov “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

“Bakı Təşəbbüs Qrupu” tərəfindən BMT-də Fransa müstəmləkəçiliyi ilə bağlı müzakirələr təşkil olunub VİDEO

Binə qəsəbəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Naxçıvanda bədii gimnastika üzrə beynəlxalq turnir başa çatıb

İcma: Bu gedişlə Aİ Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesindən tam kənarda qalacaq

Sentyabrın 25-nə olan USD/AZN rəsmi məzənnəsi

İtaliya saytları Prezident İlham Əliyevin xalqa müraciətini diqqətdə saxlayıb

“AzerGold” QSC: Cari il üzrə 62,5 min unsiya qızıl hasilatı və ixracı planlaşdırılıb

İnnovasiya üzrə İşçi qrupun iclası keçirilib

Əqli Mülkiyyət Agentliyində təlim kursunu uğurla başa vuran iştirakçılara sertifikatlar verilib

2030-cu ilə qədər Türkiyənin turizmdən 120 milyard dollar gəlir əldə etməsi gözlənilir

Azərbaycanın bir sutkada qazandığı qələbə nadir tarixi hadisədir – gürcü politoloq

Akademik Zərifə xanım Əliyevanın biblioqrafik göstəricisi hazırlanıb

Şarl Mişel BMT-də təcili islahatlar aparmağa çağırıb

Qida sahəsində fəaliyyət göstərən 4 müəssisədə nöqsanlar aşkarlanıb

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun iclası keçirilib

FHN-in Bakı Regional Mərkəzində tədbir: Milli tariximizin Heydər Əliyev dövrü tərəqqi və inkişaf mərhələsi olub

Bakı Musiqi Akademiyasında “Üzeyir Hacıbəylinin musiqi inciləri” adlı fotosərgi açılacaq

Azərbaycanda ilk dəfə "EKO Səfir Qızlar" proqramına qəbul başlayır

Erməni silahlılarının Tərtər rayonunun Canyataq yaşayış məntəqəsi yaxınlığında tərk etdiyi döyüş mövqeyi VİDEO

Azərbaycan-İndoneziya parlamentlərarası münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb

“İrəvan” komandası üçün danışılmış oyunlarla bağlı seminar keçirilib

MAR-ın sabiq prezidenti ömürlük həbs cəzasına məhkum olunub

Qalib Sərkərdə qətiyyəti - ŞƏRH

Baş Prokurorluq: Şuşada baş verən mina hadisəsi üzrə araşdırma aparılır

Türkiyə Milli Kitabxanasının baş direktoru BDU-da ustad dərsi keçib

Bakı yol polisi sürücülərə müraciət edib

Bakıda cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılışı olub

Azərbaycan Çində keçiriləcək Qlobal Dayanıqlı Nəqliyyat Forumunda təmsil olunacaq

Gələn il inflyasiya birrəqəmli həddə düşə bilər - İqtisadçı

Saatlıda evdən və mağazadan oğurluq edən şəxs saxlanılıb

Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi üçün layihələr hazırlanır

“Araz-Naxçıvan”ın baş məşqçisi azarkeşlərə müraciət edib

Azərbaycanda iqlim dəyişikliyi ilə bağlı məlumatların çatdırılması üçün portal hazırlanır

Avropanın məşhur futbol funksioneri "Neftçi"nin idman direktoru təyin olunub

Mirsalam Qənbərov: Bəzən agentliyə 500-dək qurumuş ağacın götürülməsi ilə bağlı müraciət daxil olur

Bakıda İƏT üzvü olan Ölkələrin Milli Kitabxanalarının Direktorlar Şurasının 6-cı iclası keçirilib

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi virtual “ƏDV geri al” hesabına köçürüləcək

Pakistanlı senator çətin dövrlər keçirən ölkələrə dəstəyinə görə Azərbaycana təşəkkür edib

Daxili İşlər Nazirliyi əhaliyə göndərilən saxta mesajlarla bağlı müraciət edib

AAYDA-nın sədri Masallıda vətəndaşların müraciətlərini dinləyib

Vurğun Hüseynov: Etiraf edirəm ki, komanda daxilində çatışmazlıqlar var

Milli Kitabxanada “Türk dünyası ədəbiyyatının tərlanları” mövzusunda beynəlxalq konfrans keçirilib

Vətən müharibəsi şəhidi Bilal Qənbərovun xatirəsi anılıb

Azərbaycan və Türkiyə hərbi hüquqşünaslarının görüşü keçirilib

Ekspert: Azərbaycan 24 saatlıq antiterror tədbirləri ilə dünyada yeni nümunə yaratdı

“Taxt Oyunları” kiber yarışına start verilib

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tədbirlər QHT-lərin daim diqqətindədir - ŞƏRH

Əlilliyi müəyyən edilmiş uşaqların cəmiyyətə inteqrasiyası üçün tədbirlər görülür

Gülnarə Xəlilovanın üç kolleksiyası Özbəkistan və Qazaxıstanda təqdim olunacaq

Ədəbiyyat İnstitutunun alimlərinin məqalələri İraqda çap olunub

Azərsu: İşğaldan azad olunmuş ərazilərdən götürülmüş 7 su nümunəsi üzrə 327 analiz aparılıb

Bakıdakı Rus evində Müəllim gününə həsr olunmuş konsert keçiriləcək

Xəzər Universiteti Avropanın ən yaxşı 400 universiteti sırasındadır

İtaliyalı jurnalist: Azərbaycan öz ərazisinin beynəlxalq səviyyədə tanınmış hissəsində suverenliyini təsdiqlədi

Ali Məhkəmə Elmi-məsləhət şurasının iclasında iştirak etmək istəyən hüquqşünaslara müraciət edib

Səkkiz ayda istehlakçılara 4,9 milyard kubmetr qaz satılıb

İRİA-nın rəsmisi: “Super portal” layihəsi üzərində müxtəlif dövlət qurumları ilə birlikdə işləyirik

Vatikanın dövlət katibi: Avropa Aralıq dənizindəki miqrasiya probleminin həlli üçün birləşməlidir

Dünya Bankı ilə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması müzakirə edilib

® “Azercell”in dəstəklədiyi milli komanda Yeniyetmələrin Avropa İnformatika Olimpiadasından Vətənə nailiyyətlə dönüb

Bakı Böyük Dəbilqə turniri: Azərbaycan cüdosunun maskotu təqdim olunub

Pambıqçılığın inkişaf etdirilməsi məqsədilə dünyanın ən qabaqcıl təcrübələri öyrənilir

Livanlı müəllim və şagirdlər ölkəmizə səfər ediblər

® “Kapital Bank”ın təşəbbüsü ilə “Data Talks” tədbiri baş tutdu

Salyanda mikroavtobus su kanalına düşüb, bir nəfər ölüb VİDEO

Macarıstan telekanalının efirində Qarabağda lokal xarakterli antiterror tədbirlərindən danışılıb VİDEO

Ermənistanın sabiq prezidentinin polis tərəfindən döyülən oğlu xəstəxanaya aparılıb

Şirvanda Anım Günü ərəfəsində şəhid ailələri ziyarət olunub

Xalça Muzeyində “Xalçalarda musiqi” adlı sərgi davam edir

AZƏRTAC və Çinin Sinxua xəbər agentliyi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib VİDEO

BDU-nun əməkdaşları şəhid Nicat Əhmədovun məzarını ziyarət ediblər