CƏMİYYƏT


Latviya Prezidenti təhsil sahəsindəki nailiyyətlərinə görə həmyerlimizi təltif edib

Riqa, 9 sentyabr, AZƏRTAC 

Həmyerlimiz Roman Əliyevin rəhbərlik etdiyi Riqa Klassik Gimnaziyası təhsil sahəsindəki nailiyyətlərinə görə Atis Kronvald Fondu tərəfindən ölkənin ən qabaqcıl gimnaziyaları arasında keçirilən ümumölkə müsabiqəsində birinci yer tutub.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar məktəbin direktoru, Latviya Prezidenti yanında Milli Azlıqlar Üzrə Məşvərət Şurasının sədri və “Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri professor Roman Əliyev bu ölkənin Prezidenti Eqils Levits və fondun rəhbəri Henrix Danuseviç tərəfindən “Böyük Bayquş” mükafatı ilə təltif olunub.

Xatırladaq ki, 1994-cü ildə təsis edilmiş Atis Kronvald Fondu və “Böyük Bayquş” mükafatının məqsədi Latviyada təhsilə verilən önəm və diqqətin artırılması, istedadlı müəllim və tələbələrin qiymətləndirilməsi və həvəsləndirilməsi tədbirlərini həyata keçirməkdir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.