SİYASƏT
Latviya XİN Dağlıq Qarabağda keçirilən qanunsuz “seçkiləri” tanımadığını bəyan edib
Riqa, 1 aprel, AZƏRTAC
Latviya XİN-in rəsmi “Twitter” hesabında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma prezident və parlament seçkiləri ilə əlaqədar bəyanat yayılıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda Latviya tərəfinin “Dağlıq Qarabağda keçirilən qondarma prezident və parlament seçkilərini legitim olaraq tanımadığı” bildirilir. Həmçinin Latviyanın “ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini dəstəkləməyə davam etdiyi” qeyd olunub.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:21]
Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq
- 26.04.2024 [14:59]