DÜNYA
Latviyada xüsusi səhiyyə vergisinin tətbiqi gündəmdədir
Bakı, 13 iyul, AZƏRTAC
Latviyanın Maliyyə Nazirliyi işçi qüvvəsinin ümumi vergilərinin 5 faizi həcmində xüsusi səhiyyə vergisinin tətbiqinin mümkünlüyünü qiymətləndirir.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, Maliyyə naziri Yanis Reyrs bu barədə açıqlamasında “biz artıq büdcənin necə inkişaf etdiyini və xərcləndiyini qiymətləndirmişik. Gəldiyimiz qənaət budur ki, sağlamlıq kimi xüsusi sosial sahədə hamı iştirak etməlidir” deyib.
Nazir vergilərin bölüşdürülməsində yeni ünvanlı hissənin ayrılmasının tərəfdarı olduğunu söyləyib.
O, həmçinin qeyd edib ki, bu qərarın verilməsi ümumi vergi yükünün artmasına səbəb olmayacaq, ancaq dövlətin səhiyyəni maliyyələşdirəcəyi vəsaitin məbləğini dəqiq başa düşməyə şərait yaradacaq.
Ötən il Latviya hökuməti səhiyyə işçilərinin əməkhaqqını artırmaq üçün maliyyə vəsaitinin mənbəyini tapa bilmədiyinə görə bu addımın atılmasından imtina etmişdi.