CƏMİYYƏT


Latviyada yaşayan azərbaycanlı sahibkarlar ölkəmizə təcili yardım karetası hədiyyə edib

Riqa, 20 oktyabr, AZƏRTAC

“Riqa Sanitar Avtonəqliyyat Avtobazası” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) idarə heyətinin sədri, Latviyadakı Azərbaycan diasporunun ağsaqqalı Adıgözəl Məmmədov və QSC-nin texniki direktoru Eldəniz Məmmədov Azərbaycanın Latviyadakı səfirliyinin təşkilati dəstəyi ilə Lənkəran rayon xəstəxanasına təcili yardım karetasını hədiyyə ediblər.

AZƏRTAC xəbər verir ki, bu QSC 2016-cı ildə aprel döyüşləri nəticəsində zərər çəkmiş mülki əhaliyə yardım göstərilməsi və xeyriyyəçilik məqsədilə Azərbaycana müasir tibbi avadanlıqla təchiz edilmiş və xəstələrə yerindəcə təcili yardım göstərə bilən 5 təcili yardım avtomobili göndərib.

Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov bu təmənnasız humanitar yardıma və vətənpərvərliyə görə diasporun ağsaqqalı Adıgözəl Məmmədova və Eldəniz Məmmədova Azərbaycan Respublikası hökuməti adından təşəkkür edib. Səfir bildirib ki, onların bu hərəkəti diaspor təşkilatlarının çoxu üçün nümunə olmalıdır.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.