Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Latviyanın sabiq Prezidenti Valdis Zatlersdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident İlham Əliyev.

Hər insanın doğulduğu gündən onun həyatını əks etdirən bir sıra çox vacib münasibətləri olur. Bunlardan birincisi, ana və ata ilə olan münasibətlərdir. Valideynlər insanın təməl şəxsiyyətini formalaşdırmağa kömək edirlər. Sizin həyat müdrikliyinə malik dahi valideynləriniz olub. Bu əlamətdar gündə valideynlərinizə ən səmimi minnətdarlığımı bildirirəm.

İkinci vacib münasibət xalqınızla olan münasibətinizdir. Siz xalqınızın müdrik, məsuliyyətli və qətiyyətli liderinə çevrilmisiniz. Bu, Sizin misilsiz istedadınızın və uzun illərdir həyata keçirdiyiniz nəcib fəaliyyətinizin bariz təcəssümüdür. Sizin fəaliyyətinizə və uğurlarınıza heyranam.

Üçüncü vacib münasibət isə dostlarla olan münasibətdir. On ildən çox müddətdir ki, Sizinlə etibarlı dost olmaqdan böyük şərəf hissi duyuram. Bununla çox qürur duyur və sevinirəm.

Əziz Prezident, bu gün Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı və hikmət dolu uzun fəal illər arzulayıram.

Səmimiyyətlə,

Valdis Zatlers

Latviyanın sabiq Prezidenti 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin