CƏMİYYƏT


Leninoqorskda “Dostluq körpüsü: Tatarıstan - Azərbaycan” konfransı keçirilib

Moskva, 17 iyun, AZƏRTAC

Tatarıstan Respublikasının Leninoqorsk şəhərində Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Volqa Federal Bölgəsi üzrə Bölgələrarası Forumu çərçivəsində Dostluq Xiyabanının təməli qoyulub, daha sonra isə “Dostluq Körpüsü: Tatarıstan - Azərbaycan” ilk elmi-praktiki konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları ikinci Dünya müharibəsi qəhrəmanlarının abidəsi önünə tər çiçəklər düzüblər. Daha sonra, Şəhər Administrasiyasında Leninoqorsk şəhər Başçısı Ryagat Xusainov və RAGB-nin məsul katibi Ceyhun Hüseynov, Tatarıstan Azərbaycanlıları Regional İctimai Təşkilatının sədri Bəhram Mustafayev, Leninoqorsk vilayətinin Azərbaycan diasporunun rəhbəri Ramiz Məmmədov və Azərbaycandakı “Tatarıstan” İctimai Birliyinin sədr müavini Emin Ramazanov arasında görüş keçirilib.

Görüş zamanı ekologiya, yerli Azərbaycan diasporunun gənclər qanadı ilə əməkdaşlıq və qarşılıqlı əlaqələr müzakirə olunub. Həmin gün görüş iştirakçıları Dostluq Parkında ağac əkmə tədbirində və Dostluq xiyabanının salınmasında iştirak ediblər.

Otuz alma ağacı tinginin əkilməsi Leninoqorsk vilayətinin “Birlik” Azərbaycan diasporunun dəstəyi ilə onun rəhbəri R.Məmmədovun şəxsində, RAGB və Leninoqorsk Administrasiyası tərəfindən təşkil edilib. Cavan ağacların böyüdüyü yer dost xalqların sülh və razılıq simvolu olacaq.

“Dostluq Körpüsü: Tatarıstan - Azərbaycan” ilk elmi-praktik konfransın iştirakçıları bu kimi tədbirlərin iki respublika arasında tarixi əlaqələrin möhkəmləndirilməsi üçün əhəmiyyətini qeyd edərək, Tatarıstan və Azərbaycan neftçiləri arasındakı əməkdaşlıq tarixindən bəhs ediblər. Gələcək əməkdaşlıq perspektivləri də müzakirə edilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.