ELM VƏ TƏHSİL
Lənkəran Peşə Liseyinin tələbələri “Aqrar məşğulluğun artırılması” layihəsinə qoşulacaq
Bakı, 22 oktyabr, AZƏRTAC
Lənkəran Peşə Liseyinin əməkdaşları Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda olublar.
Liseydən AZƏRTAC-a bildirilib ki, görüşdə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq çərçivəsində tələbələrin “Aqrar məşğulluğun artırılması” layihəsinə qoşulması və ondan benefisiar kimi faydalanmaları məsələləri müzakirə edilib.
Xatırladaq ki, çayçılıq sahəsində təcrübəli kadr hazırlamaq üçün Lənkəran Peşə Liseyi ilə Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran çay filialı arasında əməkdaşlıq memorandumu imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:05]
Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir
- 07.05.2024 [19:47]
“Yay məktəbi”nə ərizə qəbulu başlayır
- 07.05.2024 [19:07]