REGİONLAR
Lənkəran şəhər 7 nömrəli tam orta məktəbin açılışı olub VİDEO
Lənkəran, 2 mart, AZƏRTAC
Martın 2-də Lənkəran şəhər 7 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
Açılış mərasimində təhsil naziri Emin Əmrullayev, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran Rayon Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva və digər qonaqlar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, mərasimdən əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Açılış mərasimində bildirilib ki, əsaslı təmir olunmuş məktəb 1176 şagird yerlikdir. 31 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 6 laboratoriya, 2 peşə təmayüllü sinif, 2 texnologiya, 2 informatika, çağrışaqədərki hazırlıq kabineti, şahmat kabineti, məktəbəhazırlıq otağı, 210 nəfərlik akt zalı, idman zalı, kitabxana və 144 yerlik yeməkxana fəaliyyət göstərəcək.
Sonra iştirakçılar məktəbdə yaradılmış şəraitlə tanış olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]