REGİONLAR
Lənkəranda daxili yollarda təmir və bərpa işlərinə başlanılıb
Lənkəran, 1 iyun, Bağır Əliyev, AZƏRTAC
Bir neçə gündür ki, Lənkəran və Liman şəhərlərinin ərazisində daxili yolların təmir-bərpa işlərinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qısa müddətdə ümumi uzunluğu 4,6 kilometr olmaqla 8 küçədə yollara 25000 kvadratmetr asfalt döşənib.
Görülən işlər 2020-ci ilin büdcə vəsaitləri hesabına həyata keçirilir. Əsaslı şəkildə təmir olunacaq küçələrdə qabaqcadan texnikaların köməyi ilə torpaqlama işləri aparılıb. Yolların yataq hissəsinə çınqıl döşənilərək torpaq kipləşdirilib.
Yolların təmirini “Lənkəran Yol Tikinti” ASC həyata keçirir.
Uzun illərdən bəri mövcud olan yol problemlərinin aradan qaldırılması sakinlər tərəfindən razılıqla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:43]
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]
“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb
- 26.04.2024 [14:35]
Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə
- 26.04.2024 [12:33]