CƏMİYYƏT


Lənkəranda doqquz ədəd tank əleyhinə mina ANAMA tərifindən zərərsizləşdirilib

Bakı, 14 aprel, AZƏRTAC

Aprelin 14-də saat 09:06-da Dövlət Sərhəd Xidmətindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində 3 ədəd minanın tapılması barədə məlumat daxil olub.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri Dövlət Sərhəd Xidmətinin və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis və sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində doqquz ədəd təlim məqsədli tank əleyhinə mina və bir ədəd təlim məqsədli tüstü şaşkası aşkar olunaraq götürülüb və agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Təlim məqsədli minaların və tüstü şaşkasının ətrafında 300 kvadratmetr əraziyə yerüstü, 100 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 1 yanvar – 14 aprel tarixlərində 90 siqnal (əməliyyat çağırışı) əsasında 80 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Qazax, Lənkəran, Salyan, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Lənkəran, Naftalan şəhərləri ərazisində 7 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilmiş, 1,357 ədəd partlamamış hərbi sursat (PHS), 9,485 ədəd müxtəlif çaplı patron, 9 ədəd piyada əleyhinə mina, 4 ədəd tank əleyhinə mina və 29 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirilmiş, 115,465 kv.m ərazi yerüstü və 7,962 kvadratmetr ərazi yeraltı yoxlanılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.