REGİONLAR


Lənkəranda milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu müzakirə edilib

Lənkəran, 14 yanvar, Bağır Əliyev, AZƏRTAC

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lənkəran rayonunun Şağlaser kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” layihəsi çərçivəsində Şağlaser kənd kitabxanasında maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları, mədəniyyət və təhsil işçiləri, kəndin dini icma sədri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli dini radikalizm və onun fəsadları, eləcə də radikal dini cərəyanlar haqqında ətraflı məlumat verərək dini radikalizmə qarşı mübarizədə elm və təhsilin əhəmiyyətindən danışıb.

E.Həmidli qeyd edib ki, tədbirin həyata keçirilməsində məqsəd gənclərin dini radikalizm, ekstremizm və digər mənfi işlərdən qorunması, milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğ olunmasıdır.

Şağlaser kənd kitabxanasının müdiri İldırım Paşayev çıxışında gənclər arasında dini radikalizm, ekstremizmə qarşı mübarizə məqsədilə keçirilən tədbirlərin müstəsna əhəmiyyəti olduğunu bildirib.

Şağlaser kənd ümumi orta məktəbinin direktor müavini Mircəfər Paşayev, dini icma sədri Ruhulla Ruhullayev və başqaları çıxışlarında gənclərin zərərli vərdişlərin, dini radikalizmin təsiri altına düşməmələri üçün təhsilin və maarifləndirmənin önəmini diqqətə çatdırıblar.

Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Vəhdət qanımızdadır” adlı sənədli film nümayiş olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.