REGİONLAR
Lənkəranda vətəndaşlara indiyədək 59 min 500 doza vaksin vurulub
Lənkəran, 11 iyun, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunda əhalinin koronavirus infeksiyasına qarşı peyvənd olunması kampaniyası uğurla davam edir. Vətəndaşların vaksinasiyası Lənkəran Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış otaqlarda həyata keçirilir.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, indiyədək rayon sakinlərinə 59 min 500 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 37 min 500, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 22 min nəfərdir.
Yaş qrupları üzrə indiyədək Lənkəran rayonunda 65 yaşdan yuxarı vətəndaşlara 9 min 700, 50-65 yaş arasında vətəndaşlara 26 min, 50 yaşadək vətəndaşlara isə 23 min 800 doza vaksin vurulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:09]
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]
“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb
- 26.04.2024 [14:35]