Lənkəranda xüsusi karantin rejimini pozanlar cərimələnib
AzerTAg.az
Lənkəran, 15 fevral, Bağır Əliyev, AZƏRTAC
COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı Lənkəran şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarının pozulduğu çay və kofe xidmətlərinin göstərildiyi “Coffee shop” iaşə obyekti və 2 oyun salonu aşkar edilib.
Həmin obyektlərlə bağlı 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və onlar cərimə olunublar.

Xəbərin mətnində orfoqrafik səhv var